Yuriy Maksimov — ukraynalı keçmiş futbolçu və "Araz-Naxçıvan" FK-nın baş məşqçisi. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış edib.

Klub karyerası Maksimov Xerson şəhərində anadan olub. Futbolçu karyerasına Krıstal Xerson FK|Krıstal Xerson]] klubunda başlayıb. Daha sonra Tavriya Simferopol FK, Dnipro FK, Dinamo Kiyev FK və digər klublarda çıxış edib.

1997-ci ildə Almaniyanın Bundesliqa klubu Verder Bremenə keçib. 1997–2001-ci illərdə klubun heyətində çıxış edən Maksimov 1998–1999 mövsümündə Almaniya Kubokunun qalibi olub. Finalda Bayern Münhenə qarşı keçirilən oyunda qol vurub və "Verder Bremen" penaltilər seriyasında qalib gəlib.

2001-ci ildə "Verder Bremen"dən ayrılaraq Valdhof Mannheim klubuna keçib. Daha sonra Rostov, Borisfen FK və Metallurq Zaporojye klublarında çıxış edib. 2005-ci ildə futbolçu karyerasını başa vurub.

Milli komanda karyerası Maksimov Ukrayna milli komandasının heyətində 1992–2002-ci illərdə çıxış edib. Bu müddət ərzində milli komandanın heyətində 27 oyun keçirib və 5 qol vurub.

Məşqçilik karyerası Maksimov məşqçilik karyerasına 2005-ci ildə Dinamo Minsk FK klubunda baş məşqçinin köməkçisi kimi başlayıb. 2006-cı ildə CSKA Kiyev FK klubunun baş məşqçisi təyin olunub. 2008-ci ildə Obolon Kiyev FK klubuna rəhbərlik etməyə başlayıb.

2009–2010 mövsümündə Obolon Ukrayna Birinci Liqasında ikinci yeri tutaraq yüksək liqaya yüksəlib. 2010-cu ilin yanvarında Maksimov Krıvbas Krivoy Roq FK klubunun baş məşqçisi olub.

2012–2013-cü illərdə Metallurq Donetsk FK, 2013–2014-cü illərdə isə Mordoviya Saransk FK klubunu çalışdırıb. Mordoviya ilə Rusiya Futbol Milli Liqasının çempionu olub.

2016-cı ildə Qazaxıstanın Taraz klubunun baş məşqçisi olub. 2017-ci ilin dekabrında Keşlə klubunun baş məşqçisi təyin edilib. 2017–2018 mövsümündə Keşlə ilə Azərbaycan Kubokunun qalibi olub.

2019-cu ildən Vorskla Poltava klubunu çalışdırıb. 2023-cü ildə Zvyagel FK klubunun baş məşqçisi olub, həmin ilin sentyabrında Dnipro-1 klubuna keçib. 2024-cü ilin oktyabrında yenidən Vorskla Poltavanın baş məşqçisi təyin olunub və 2025-ci ilin iyununda klubdan ayrılıb.

23 sentyabr 2026-cı ildə Yuri Maksimov "Araz-Naxçıvan" FK-nın baş məşqçisi təyin edilib.

Karyera statistikası

Klub Klub Mövsüm Liqa Oyun Qol Verder Bremen 1997–1998 Bundesliqa 12 3 Verder Bremen 1998–1999 Bundesliqa 20 3 Verder Bremen 1999–2000 Bundesliqa 29 3 Verder Bremen 2000–2001 Bundesliqa 8 0 Cəmi 69 9 Valdhof Mannheim 2001–2002 2. Bundesliqa 16 3 Valdhof Mannheim 2002–2003 2. Bundesliqa 11 0 Cəmi 27 3 Karyera üzrə cəmi 96 12

Milli komanda + Yuriy Maksimovun milli komandada vurduğu qollar № Tarix Stadion Rəqib Hesab Nəticə Turnir 1 28 oktyabr 1992 Dinamo stadionu, Minsk, Belarus 1–1 1–1 Yoldaşlıq oyunu 2 5 oktyabr 1996 Olimpiya Milli İdman Kompleksi, Kiyev, Ukrayna 2–1 2–1 1998 FİFA Dünya Çempionatının seçmə mərhələsi 3 1 may 1996 Olimpiya Milli İdman Kompleksi, Kiyev, Ukrayna 4–2 5–2 Yoldaşlıq oyunu 4 1 may 1996 Olimpiyski Milli İdman Kompleksi, Kiyev, Ukrayna 5–2 5–2 Yoldaşlıq oyunu 5 11 oktyabr 1997 Hrazdan stadionu, İrəvan, Ermənistan 2–0 2–0 1998 FİFA Dünya Çempionatının seçmə mərhələsi

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Rostov FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Tavriya Simferopol İK futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Verder Bremen FK futbolçuları