Dilican (erm. Դիլիջան, lat. Dilijan) — Ermənistan Respublikasının Tavuş vilayətində yerləşən şəhərdir. Şəhər tarixən ermənilərin məskunlaşdığı ərazi olmuş, 1918–1920-ci illərdə Birinci Ermənistan Respublikasının, sovet dövründə isə Ermənistan SSR-in tərkibinə daxil olmuşdur. Bu gün şəhər Ermənistanın kurort və turizm mərkəzlərindən biridir.

Tarixi Dilican Qafqazın dağlıq hissəsində yerləşən qədim erməni yaşayış məntəqəsidir. Rusiya imperiyası dövründə inzibati baxımdan Elizavetpol quberniyasının Kazax qəzası ilə əlaqələndirilsə də, əhalinin böyük hissəsi ermənilərdən ibarət idi.

1918–1920-ci illərdə şəhər Birinci Ermənistan Respublikasının tərkibində, 1920-dən sonra Ermənistan SSR tərkibində olmuşdur. XX əsrdən etibarən Dilican balneoloji-kurort kimi tanınır.

Əhali Dilicanda 21 azərbaycanlı, 8 erməni kəndi olub, XIX–XX əsr rəsmi mənbələrinə əsasən isə ermənilər əhalinin böyük çoxluğunu təşkil edir.

Təhsil Dilican Beynəlxalq Məktəbi

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qaraqoyunlu mahalı Kateqoriya:Dilican