Nadir Orucov () — Azərbaycan futbolçusu, "Sumqayıt"ın yarımmüdafiəçisi.
Klub karyerası Nadir Orucov 4 yanvar 2007-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Futbola 6 yaşında yerli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (İOEUGİM) Teymur və Ramin müəllimin rəhbərliyi altında başlamışdır. 4 il burada çıxış etdikdən sonra, 13 yaşında "Sumqayıt"ın akademiyasına keçmişdir.
"Sumqayıt"ın yetirməsidir. İlk dəfə 16 yaşında əsas komanda ilə məşqlərə dəvət edilmiş, 17 yaşından etibarən isə əsas komandanın təlim-məşq toplanışlarına qatılmağa başlamışdır.
2025/26 Misli Premyer Liqası mövsümündə əsas komandaya keçib. Əsas komandada 25 yanvar 2025-ci ildə Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Sabah" qarşı oyunda debüt edib. Start heyətdə çıxış etdiyi oyunda hesab açılmayıb.
İlk qolunu 16 avqust 2026-cı ildə, Misli Premyer Liqasının 2026/27 mövsümünün I turunda "Neftçi"yə qarşı ev oyununda vurub. Orucov 67-ci dəqiqədə fərqlənsə də, komandası 1:3 hesabıyla uduzub.
Beynəlxalq karyerası Milli komandada debütü 14 yaşında Latviya yığmasına qarşı keçirilən qarşılaşmada baş tutub. Daha sonra U-18 və U-20 Azərbaycan milli futbol komandasında çıxış edib.
İstinadlar
Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları