Pavel Filipp Hohensollern (; ) — Rumıniya kralı II Karolun nəvəsi, Rumıniya monarx ailəsinin başçısı.

Həyatı

İlk illəri 13 avqust 1948-ci ildə Parisdə dünyaya gəldi. Atası Rumıniya kralı II Karolun sonradan rəsmiləşdirilən doğma oğlu Karol Lambrino, anası isə onun ilk xanımı opera müğənnisi Helena Henretta Naqavitsinadır. İlk təhsilini Parisdəki yezuit məktəbində aldı. 1960-cı ildə boşanan valideynləri həmin ilin sonunda fərqli şəxslərlə evləndilər. Bu tarixdən etibarən Londondakı yatılı məktəblərin birinə göndərildi. Təhsilini tamamladıqdan sonra sənət əsərlərinin alqı-satqısı və əmlak satışıyla məşğul oldu.

Taxt iddiası Babası II Karolun Zizi Lambrino ilə Odessada girdiyi nigahın Pravoslav Kilsəsi tərəfindən pozulmadığını və parlamentin boşanma ilə bağlı verdiyi qərarın keçərsiz olduğunu iddia edərək, monarx ailəsinin rəsmi mirasçısı olduğunu iddia etdi. Üstəlik atasının rəsmi mirasçı olaraq tanındığı 1955 tarixli Lissabon və 1957 tarixli Paris məhkəmələrinin qərarlarını da əsas alaraq, 1991-ci ildə ögey əmisi olan sürgündəki Rumıniya kralı I Mixaya qarşı məhkəmə işi açdı. Atasının 2006-cı ildə vəfatından sonra onun irəli sürmədiyi taxt-tac iddiasını irəli sürdü. O əsnada sağ olan ögey əmisi I Mixaya qarşı, Rumıniya monarx ailəsinin başçısı ünvanını aldı. Əmisinin 2017-ci ildə vəfatından sonra əmisi qızı Marqaritaya qarşı da bu iddiasını davam etdirir.

Ailəsi 1996-cı ildə Buxarestdə məşhur amerikalı hüquqşünas Melvin Bellinin dul xanımı Liya Georgina Triflə evləndi. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Oğlunun vəftiz atası dövrün Rumıniya prezidenti Trayan Besesku oldu.

Karol Ferdinand Hohensollern (2010-)

Haqqındakı axtarış qərarı 17 dekabr 2020-ci ildə haqqında haqsız vərasətlə əmlak satın alma iddiasıya 3 il 4 ay həbs qərarı verildi. Ancaq o əsnada Portuqaliyada olduğu üçün həbs edilmədi və haqqında Avropa miqyasında axtarış verildi. 2022-ci ilin iyununda Fransada, 2024-cü ilin aprelində Maltada, 2025-ci ilin aprelində yenidən Fransada həbs edilsə də, Rumıniyaya təhvil verilmə tələbi hər dəfə geri çevrildi.

Mənbə

Ədəbiyyat

Cristescu, Sorin. Carol al II-lea – scrisori către părinți [Carol II – letters to his parents] (in Romanian). Bucharest: Tritonic, 2015. King Carol II: A Life of my Grandfather. London: Methuen. 1988. ISBN 0413165701 Eilers, Marlene A. (1987). Queen Victoria's descendants. Baltimore: Genealogical Pub. Co. p. 189. ISBN 0-8063-1202-5

İstinadlar

Kateqoriya:Hohensollernlər