İfimediya Ümumi məlumat Mənşəyi Fessaliya Statusu Şahzadə Yaşayış yeri Fessaliya Valideynləri Triopas və Hiskilla Həyat yoldaşları Poseydon və Aloeus Övladları Aloadlar (Otus və Efialtes), Panqratis və ya Panqrato Digər adları İfimede, İfimedea, İfimediya Mifologiyada Mənsubiyyəti Yunan mifologiyası Mənbələr Homerin Odisseya əsəri və digər qədim mənbələr
Yunan mifologiyasında İfimediya ( qədim yunanca: Ἰφιμέδεια) və ya İfimede (Ἰφιμέδη) Fessaliyalı şahzadə idi. O, Homerin Odisseya əsərində ölümlü bir qadın kimi xatırlanır.
Ailəsi İfimediya Fessaliya hökmdarı Triopas ilə Hissillanın qızı idi. Triopas Poseydon və Kanakenin oğlu idi.Higini, De Astronomica 2.14.5 Onun ehtimal olunan qardaşları ErixitonKallimax, Demetraya himn 31–32 & 96-100 və Forbas idi.Apollona homerik himnlər 3.211
İfimediya Poseydondan Ot və Efialt adlı əkiz oğullara sahib olmuşdu. Onlar ögey atalarının adına görə Aloadlar adlandırılmışdılar.Homer, Odisseya 11.305 ; Pindar, Pifiyaya həsr olunmuş odalar 4.89 ; Higini, Fabulae 28 Bir rəvayətə görə, bu kişilərin bioloji atası İfimedenin əri və ata tərəfdən əmisi olan Aloey idi.Pavsanias, 9.22.6 İfimediya həmçinin PankratisiDiodor Sikul, 5.50.6 –51.2 (və ya PankratonuNikiya Parfeni, 19 Andriskin Naksiaka əsərinin II kitabından) Aloeydən dünyaya gətirmişdi. Ehtimal olunur ki, Aloadların bacıları olan Elate və Platanusun da anası İfimediya olmuşdur.
Mifologiya
Gənclik illəri İfimediya dəniz tanrısı Poseydona da aşiq olmuşdu. O, tez-tez dəniz sahilinə gedir və Poseydon onun hisslərinə cavab verənədək dəniz suyunu ətəyinə tökürdü .Apollodor, 1.7.4
Trakiyalılar tərəfindən qaçırılması İfimediya'nın qızı Pankratis gözəlliyi ilə məşhur idi. Ana və qız Axeya Ftiasındakı Drius yaxınlığında Dionis orgiyalarının mərasimində iştirak edərkən Frakiyalı kral Butesin adamları tərəfindən qaçırıldılar və Strongile adasına (sonralar Naksos) aparıldılar. Burada Pankratis yeni kral Aqassamen ilə evləndirildi, İfimediya isə onun dostu və sərkərdələrindən birinə verildi. Digər iki rəhbər — Sikel və Heketor — Pankratis üstündə mübarizə apararaq bir-birini öldürdülər (başqa bir rəvayətə görə isə bunlar Skellis və Aqassamenin özləri idi). Bundan qısa müddət sonra Aloeyin göndərdiyi Ot və Efialt frakiyalıları məğlub edərək analarını və bacılarını xilas etdilər, lakin Pankratis çox keçmədən öldü.Diodor Sikul, 5.50.6 –51.2 ; Parfeni, 19 Andriskin Naksiaka əsərinin II kitabından
Hekate ilə əlaqəsi İfimediya Odisseyin Yeraltı dünyasının girişində ruhlarına rast gəldiyi qəhrəman qadınlardan biri idi.Homer, Odisseya 11.305
Pyetro Skarpinin fikrincə, İfimediya Hekatenin ikiləşmiş obrazı kimi xtonik aləmdə yerləşdirilməlidir.Pietro Scarpi, "Un teonimo miceneo e le sue implicazioni per la mitologia greca," Bolletino dell'Istituto di Filologia greca dell'Università di Padova 2 (1975) 230-51
Qədim kultlar Onun adının Miken yunan dilində heca yazısı ilə Pilosda , i-pe-me-de-ja formasında işlədildiyi görünür.Pilos Tn 316 kitabəsi
Pavsanias Poliqnot tərəfindən çəkilmiş İfimediya rəsmini xatırladır və onun Kariyalılar tərəfindən Milasada ehtiramla yad edildiyini bildirir.Pavsanias, 10.28.8
İfimediya və oğullarının məzarı Boeotiyadakı Anthedonda göstərilirdi.Pavsanias, 9.22.6
Həmçinin bax Poseydon Homer Hekate Odisseya
Qeydlər
İstinadlar
Apollodor, Kitabxana, ser Ceyms Corc Freyzerin ingilis dilinə tərcüməsi ilə, F.B.A., F.R.S., 2 cilddə, Kembric, Massaçusets, Harvard University Press; London, William Heinemann Ltd., 1921. . Perseus Digital Library-də onlayn versiya. Eyni mənbədə qədim yunanca mətn. Diodor Sikul, Tarix kitabxanası, Çarlz Henri Oldfaterin tərcüməsi. On iki cild. Loeb klassik kitabxanası. Kembric, Massaçusets: Harvard University Press; London: William Heinemann Ltd., 1989. III cild, 4.59–8-ci kitablar. Bill Thayerin saytında onlayn versiya Diodor Sikul, Bibliotheca Historica. I–II cildlər. İmmanuel Bekker, Lüdviq Dindorf, Fridrix Foqel. B. G. Teubner nəşriyyatı, Leypsiq, 1888–1890. Perseus Digital Library-də qədim yunanca mətn. Qay Yuli Higini, Higini miflərindən Fabulae, Meri Qrantın tərcüməsi və redaktəsi. Kanzas Universitetinin Humanitar Elmlər üzrə Nəşrləri. Topos Text Project-də onlayn versiya. Qay Yuli Higini, Higini miflərindən Astronomica, Meri Qrantın tərcüməsi və redaktəsi. Kanzas Universitetinin Humanitar Elmlər üzrə Nəşrləri. Topos Text Project-də onlayn versiya. Homer, Odisseya, A. T. Mürreyin ingilis dilinə tərcüməsi, iki cilddə. Kembric, Massaçusets, Harvard University Press; London, William Heinemann Ltd., 1919. Perseus Digital Library-də onlayn versiya. Eyni mənbədə qədim yunanca mətn. Parfeni, Məhəbbət hekayələri, ser Stiven Qaslinin tərcüməsi, S. Loeb Klassik Kitabxanası, 69-cu cild. Kembric, Massaçusets, Harvard University Press. 1916. Topos Text Project-də onlayn versiya. Parfeni, Erotici Scriptores Graeci, I cild. Rudolf Herxer. B. G. Teubner nəşriyyatı, Leypsiq, 1858. Perseus Digital Library-də qədim yunanca mətn. Pavsanias, Yunanıstanın təsviri, V. H. S. Cons və H. A. Ormerodun ingilis dilinə tərcüməsi ilə, 4 cilddə. Kembric, Massaçusets, Harvard University Press; London, William Heinemann Ltd., 1918. . Perseus Digital Library-də onlayn versiya Pavsanias, Graeciae Descriptio. 3 cild. Leypsiq, Teubner, 1903. Perseus Digital Library-də qədim yunanca mətn. Publius Ovidius Naso, Metamorfozlar, Bruks Morun tərcüməsi. Boston, Cornhill Publishing Co., 1922. Perseus Digital Library-də onlayn versiya. Publius Ovidius Naso, Metamorphoses. Hüqo Maqnus. Qota, Almaniya. Fridrix Andr. Perthes, 1892. Perseus Digital Library-də latınca mətn. Kateqoriya:Yunan mifologiyası Kateqoriya:Odisseya personajları Kateqoriya:Qədim yunan mifologiyasında qadın