Aleksandr Karacorceviç (; ) — Yuqoslaviya kralı II Pyotrun nəvəsi, Karacorceviç sülaləsinin üzvü.

Həyatı

İlk illəri 15 yanvar 1982-ci ildə Virciniyada əkiz qardaşı Filipplə birlikdə dünyaya gəldi. Atası Yuqoslaviya kralı II Pyotrun vəliəh-şahzadə Aleksandr, anası isə onun ilk xanımı Orlean-Braqanzalı Mariya Qloriyadır. İspaniya kraliçası Sofiya, sürgündəki Yunanıstan kralı II Konstantin, Kalabriya hersoginyası Anna onların vəftiz valideynləri oldu. 2 yaşınadək Virciniyada yaşayan Aleksandrın valideynləri 1985-ci ildə boşandı. Boşanmanın ardından hər ikisi fərqli şəxslərlə evləndi. Anasının ikinci evliliyindən 2 ögey bacısı dünyaya gəlsə də, atasının Katerina Batislə baş tutan evliliyindən övladı olmadı.

London və Kantenburidə təhsil alan Aleksandr 2000-ci ildə təhsilini tamamladı və San Fransisko Universitetində təhsilini davam etdirdi. Havay ştatında məskunlaşdı.

Ailəsi 2015-ci ildə əslən serb olan film prodüseri Emir Kusturikanın qızı Dunya Kusturika ilə eşq yaşamağa başladı.

6 sentyabr 2025-ci ildə Belqradda Vesna Yeliçlə evləndi. Cütlüyün övladı yoxdur.

Siyasi fəaliyyəti 1991-ci ildə atası və qardaşlarıyla birgə ilk dəfə Yuqoslaviyaya rəsmi səfər etdi. 27 fevral 2001-ci ildə Yuqoslaviya Respublikası parlamentinin qəbul etdiyi qanunla, digər bütün Karacorceviç ailə üzvləri kimi Şahzadə Aleksandra da vətəndaşlıq verildi.

26 may 2013-cü ildə Oplenatsdakı yenidən dəfn mərasimində iştirak etdi. Serbiya prezidenti Tomislav Nikoliç və hökumət nümayəndələrinin qatıldığı mərasimdə, nənəsi Kraliça Aleksandra ilə yanaşı babası II Pyotr, atasının nənəsi dul Kraliça Mariya və Şahzadə Andreyin də qalıqları buraya yenidən dəfn olundu.

17 iyul 2015-ci ildə Aleksandr və qardaşları atasının Belqradda keçirilən 70-ci ad günü şənliklərinə qatıldı. Şənliyə qatılanlar arasında İsveç kralı XVI Karl Qustav və Monako knyazı II Albert də vardı.

İstinadlar Kateqoriya:Serbiya əkizləri