thumb|293x293px Nisəqala kanyonu— Azərbaycanın Yardımlı rayonunda, Nisəqala kəndi yaxınlığında yerləşən kanyondur. Kanyon Talış dağlarının Peştəsər silsiləsi ərazisində yerləşir və dik qayalıqlar, dar dərələr və zəngin bitki örtüyü ilə xarakterizə olunur. Kanyon ərazisində çay və su axarları, həmçinin kiçik şəlalələr mövcuddur.

Coğrafiyası

Nisəqala kanyonu Yardımlı rayonunun dağlıq ərazisində, Talış dağları ilə Peştəsər silsiləsinin yerləşdiyi coğrafi zonada yerləşir. Yardımlı rayonunun ərazisi Talış,Peştəsər və Burovar sıra dağları ilə əhatələnir.Peştəsər sıra dağlarının ən yüksək zirvəsi Peştəsər zirvəsidir və onun hündürlüyü 2244 metrdir.

Yardımlı rayonunun ərazisi dağlıq relyefi ilə seçilir. Rayonun təxminən üçdə birini meşəlik ərazilər təşkil edir. Ərazidə dağ-çəmən, dağ meşə-qonur və qəhvəyi dağ meşə torpaqları yayılmışdır.

Turizm və yürüş marşrutu Kanyon ərazisində piyada yürüş marşrutları mövcuddur. Wikiloc platformasında yayımlanan marşrutlardan birinin uzunluğu 8,32 km, ümumi hündürlük artımı isə 329 metrdir. Marşrutun çətinlik səviyyəsi orta kimi qiymətləndirilir və marşrut Nisəqələ kəndindən başlayaraq kanyon boyunca davam edərək şəlaləyə qədər uzanır.{ "type": "FeatureCollection", "features": [

"type": "Feature", "properties": {}, "geometry": { "type": "Point", "coordinates": [ 48.20331, 38.86706 ]

] }

Qalereya

Həmçinin bax

Talış dağları Yardımlı şəlaləsi

İstinadlar

Xarici keçidlər

https://www.youtube.com/watch?v=gZ08tio2USE