Ferqus Bouz-Layon (; ) — britaniyalı aristokrat. Britaniya kraliça-konsortu Yelizaveta Bouz-Layonun qardaşı və Britaniya kraliçası II Yelizavetanın dayısıdır.

18 aprel 1889-cu ildə Surreydə doğuldu. XIV Stratmor və Kinqxorn qrafı Klaud Bouz-Layonun oğludur. İton kollecində təhsil aldı.

17 sentyabr 1914-cü ildə Kristina Nurah Davson-Damerlə evləndi. Cütlüyün bu nigahdan 1 qızı doğuldu.

Rozmeri Luiza Bouz-Layon (1915-1989), 1945-ci ildə Eduard Vilfred Georq Coysi-Sesillə evləndi. 2 övladı doğuldu. Ceyms David Eduard Coysi-Sesil (1946-) Yelizaveta Anna Coysi-Sesil (1950-)

19 avqust 1914-cü ildə leytenant rütbəsi aldı və 17 noyabrdan etibarən Birinci Dünya müharibəsinə qatıldı. 27 sentyabr 1915-ci ildə gedən döyüşlərdə həlak oldu.

Mənbə

Ədəbiyyat

Forbes, Grania (1999). My Darling Buffy: The Early Life of The Queen Mothe. Headline Book Publishing. p. 3. ISBN 978-0-7472-7387-5 Shawcross, William (2009). Queen Elizabeth The Queen Mother: The Official Biography. Macmillan. p. 85. ISBN 978-1-4050-4859-0 Vickers, Hugo (2006). Elizabeth: The Queen Mother. Random House. p. 320. ISBN 978-0-09-947662-7

İstinadlar