"Ölümünə gözəl" ("Pretty Lethal" ) — Viki Cevsonun rejissorluğu və Keyt Freundun ssenari müəllifliyi ilə 2026-cı ildə çəkilmiş döyüş triller filmidir . Filmdə İris Apatov, Lana Kondor, Millisent Simmonds, Avantika, Meddi Ziqler və Uma Turman rol alıblar.
Süjeti Bu filmdə, daxilində sağlam mühit olmayan Los Los Ancelesdən olan disfunksiyalı bir balet truppası, nüfuzlu bir yarışa gedərkən yolda avtobusu xarab olur. Sığınacaq tapmağa məcbur olan truppa üzvlərinə silahlı bir dəstə hücum edir və onlar təlimlərindən, geyim və rekvizitlərindən istifadə edərək müqavimət göstərməli olur.
Rollarda
İris Arapov (Iris Arapow), Zoi (Zoe) rolunda Lana Kondor (Lana Condor), Prinses (Princess) rolunda Millisent Simmonds (Millicent Simmonds), Kloi (Chloe) rolunda Avantika, Qreys (Grace) rolunda Maddi Ziqler (Maddie Ziegler), Bons (Bones) rolunda Maykl Kalkin (Michael Culkin), Lotar Markoviç (Lothar Marcovic) rolunda Lidia Leonard (Lydia Leonard), Thorna Devonport rolunda Uma Turman (Uma Thurman), Devora Kasimer rolunda Culian Krenn (Julian Krenn), Yuri rolunda Miklós Béres, Osip rolunda Kristian Çakvari (Krisztián Csákvári) Artyom Kasimer rolunda Keyt Froynd (Kate Freund), Sona rolunda Tamas Sabo Sipos (Tamás Szabó Sipos), Páşa Markoviç (Pasha Marcovic) rolunda Balaj Medyeri (Balázs Megyeri) Saber Kasimer rolunda Qabor Nadipal (Gábor Nagypál) Doktor rolunda
Premyerası 2024-cü ildə məlum oldu ki, filmin yayım hüququ Amazon MGM Studios studiyasına satılıb. 2025-ci ilin sentyabrında xəbər verildi ki, Amazon MGM Studios 10-11 mln. ABŞ $ müqabilində filmin bütün dünyada yayım hüququnu almağa yaxındır.
Filmin premyerası 13 mart 2026-cı il tarixində South by Southwest Film və TV Festivalında baş tutmuş, 25 mart 2026-cı ildə Amazon Prime Video tərəfindən dünya miqyasında yayımlanmışdır.
Qarşılnması Rotten Rotten Tomatoes rəylər sayt - aqreqatorunda 73 rəydən 59% müsbət olaraq orta hesabla 5,7/10 qiymətini almışdır. Metacritic saytında film 15 rəy əsasında 51/100 qiymətini alıb ki, bu da rəylərin "qarışıq və orta" olmasını göstərir. Ziqler 2026-cl il Critics' Choice Super Award premiyasına, "Döyüş filmində ən yaxşı aktrisa" kateqoriyasında namuzəd göstərilmişdir.
İstinadlar
Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Karlar haqqında filmlər Kateqoriya:İngiliscə filmlər