Aybek Arkabayulı Dadebay (; a.o. 1 aprel 1980-ci il, Alma-Ata, Qazaxıstan SSR, SSRİ, qazax dövlət xadimi. 2026-cı ildən Qazaxıstan I çağırış Qurultayının deputatı və Sədri və "Ədalət" Partiyasının sədri. Qazaxıstan Prezidenti Administrasiyasınının 2024-ci ildən 2026-cı ilədək rəhbəri. II dərəcəli müşavir.

Aybek Dadebay 1 aprel 1980-ci ildə Alma-Atada anadan olub. Istı tayfasındandır. Babası Dadebay Baykonusov Sosialist Əməyi Qəhrəmanı olub.

Əmisi Jankara Dadebayev filologiya elmləri doktoru, professor, akademikdir. Qazax Milli Universiteti yanında Abay adına elmi-tədqiat institutunun direktorudur.

Atası Arkabay Dadebay — ərəbşünas filoloq, ərəb-qazax lüğətinin həmmüəllifidir.

İş fəaliyyətinə Aybek Dadebay 2001-ci ildə Abılay xan adına Qazax Dövlət Beynəlxalq Münasibətlər və Dünya dilləri Universitetinin beynəlxalq turizm menecmenti kafedrasının müəllimi kimi başlayıb.

2008-ci ildən 2011-ci ilədək Qazaxıstan Parlamenti Senatı Aparatının parlamentlərarası əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin eksperti və Senat sədri Qasım-Comərd Tokayevin köməkçisi vəzifəsinin icraçısı vəzifəsində işləyib.

2011-ci ildə Q-C. Tokayev BMT-nin Cenevrə bölməsinin rəhbəri təyin edildikdən sonra A.Dadebay əvvəlcə Qazaxıstanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyində attaşe, sonra isə üçüncü katibi vəzifəsində işlədi.

2013-cü ildə Tokayev Qazaxıstana qayıdaraq Qazaxıstan Parlamenti Senatının Sədri seçildikdən sonra A.Dadebay onun katibliyində 2019-cu ilədək müdir müavini, sonra isə müdiri oldu.

Siyasi karyerası

2019-cu ildə Nursultan Nazarbayevin istefası və Qasım-Comərd Tokayevin hakimiyyətə gəlişindən sonra Dadebay Tokayevin dəftərxanasının rəisinin müavini təyin edilir.

28 may 2021-ci ildə Tokayev onu Prezidentin İşlər İdarəsi müdirinin müavini təyin edir. 11 yanvar 2022-ci ildə Qazaxıstanda kütləvi etiraz aksiyalarından sonra Dadebay Qazaxıstan Prezidenti İşlər İdarəsinin müdiri təyin edilir. Həmin ilin 28 noyabr tarixində Qazaxıstanda Prezident seçkilərində Qasım-Comərd Tokayev qalib gəlir və Dadebay yenidən həmin vəzifəyə təyin edilir.

6 fevral 2024-cü ildə Q.-C.Tokayev Aybek Dadebayı Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri təyin edir. 5 may 2026-cı oldə o başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilir.

7 may 2026-cı ildə Aybek Dadebay yeni yaradılan "Ədalət" Partiasının təsis qurultayında onun sədri seçilir.

23 avqust 2026-cı ildə Qasaxıstan I çağırış Qurultayına seçkilərdə Aybek Dadebay deputat seçilir. 28 avqust tarixində Qurultayın birinci iclasında Prezident Q.-C.Tokayev A.Dadebayı parlament sıdrliyinə namizədliyini irəli sürdü və o sədr seçildi.

Təhsili 2001-ci ildə Abılay xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Sünya Dilləri Universitetini " sənədşünas-beynəlxalq münasibətlər üzrə bakalavr" ixtisası üzrə bitirib.

2003-cü ildə həmin universitetin magistraturasını" regionşünaslıq üzrə magistr" ixtisası üzrə bitirib.

II dərəcəli müşavir diplomatik rütbəsi vardır.

Mükafatları 2026 (17 mart) — I dərəcəli "Barıs" ordeni; "Hürmet" ordeni ( Qazaxıstan), "Əməkdə fərqlənməyə görə" medalı ( Qazaxıstan); və Qırğızıstanın "Dostuk" ordeni (2025);.

İstinadlar

Kateqoriya:Qazaxıstan siyasətçiləri