Allahmədətli — Azərbaycan Respublikasının İmişli rayonunun Telişli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Məmmədli kənd Sovetindən Allahmədədli kəndi Telişli kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Şahsevənlərin Muğanlı tayfasının allahmədədli tirəsi keçmişdə yayı Kəlbəcər dağlarında, qışı isə indiki kəndin yerində keçirmışdır. XIX əsrin sonlarında onlar öz qışlaq yerində məskunlaşmış və indiki yaşayış məntəqəsini yaratmışlar. Etnooykonimdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Mil düzündə yerləşir.
Əhalisi Kənd əhalisinin sayı 403 nəfərdir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İmişli rayonunun kəndləri