Seydina Abubakr Lamin Keyta (; ) — Seneqal futbolçusu, "Panevejis" komandasının müdafiəçisi.

Karyera Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Molde 22 avqust 2014-cü ildə Keyta 2014 mövsümünün qalan hissəsini icarə əsasında futbol üzrə Norveç çempionatında çıxış edən "Molde"yə keçdi. 20 yanvar 2015-ci ildə Modle Keytanın icarə müqaviləsi başa çatdıqdan sonra klubdan ayrıldığını təsdiqlədi.

Panevejis 4 avqust 2022-ci ildə Litva klubu "Panevejis" Keytanın 2022 mövsümünün sonuna qədər müqavilə imzaladığını elan etdi. 21 yanvar 2024-cü ildə "Panevejis" Keytanın xarici komandadan daha sərfəli təklif aldıqdan sonra klubdan ayrıldığını təsdiqlədi.

13 iyun 2025-ci ildə Keyta 2025 mövsümünün sonuna qədər müqavilə ilə "Panevejis"ə qayıtdı. 6 yanvar 2026-cı ildə Panevėžis Keytanın klubdan ayrıldığını təsdiqlədi.

Qəbələ 5 yanvar 2026-cı ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" Keyta ilə altı aylıq müqavilə imzaladığını və əlavə bir il müddətinə uzatmaq imkanının olduğunu elan etdi. 25 iyun 2026-cı ildə "Qəbələ" Keyta ilə müqaviləsini 2027-ci ilin yayına qədər uzatdığını açıqladı. 6 iyul 2026-cı ildə Qəbələ Keyta ilə bağlı şəxsi vəziyyətə görə qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını açıqladı. Bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.

Panevejis 9 iyul 2026-cı ildə "Panevejis" Keytanın ikinci dəfə geri döndüyünü elan etdi və 2028-ci ilin yayına qədər müqavilə imzaladı.

İstinadlar

Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Seneqalın kişi futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Molde FK futbolçuları