Danimarkalı Yelizaveta (; ) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı I Conun qızı, Brandenburq kürfürtsü.
1485-ci ildə Nayborq malikanəsində dünyaya gəldi. Atası Norveç və Danimarka kralı I Con, anası isə Saksoniyalı Kristinadır. Kralın yetkinlik yaşına çatan yeganə qızı olduğu üçün gələcəkdə uğurlu siyasi evlilik etməsi məqsədilə mükəmməl saray təlim-tərbiyəsi aldı. Alman və dan dillərini öyrəndi.
10 aprel 1502-ci ildə Brandenburq kürfürtsü I İoahim Nestorla evləndirildi. Eyni toy mərasimində kürfürstün bacısı Anna da Yelizavetanın əmisi I Fridrixlə evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
II İoahim Nestor (1505-1571) Anna (1507-1567) Yelizaveta (1510-1558) Marqarita (1511-1577) Con (1513-1571)
1523-cü ildə taxtdan endirilən qardaşı II Kristian və xanımı Kraliça İzabella ilə birlikdə protestant məzhəbini qəbul etdi. Bu isə əriylə olan münasibətlərini korladı. Hətta əri 1528-ci ildə çağırdığı kilsə məclisində xanımının katolik inancına dönməməsi halında nə edəcəyini sorğuladı. Kilsə məclisinin qərarı isə Yelizavetanın həbs edilməsi oldu. bu qərardan çəkinən Yelizaveta Saksoniya kürfürstü olan dayısı Conun sarayına qaçdı. Onun üçün Vittenberqdə bir mülk hədiyyə edildi. Ancaq əri ona yaşaması üçün pul ödəməkdən imtina etdi və övladlarıyla görüşməsini qadağan etdi. 1532-ci ildə dayısının vəfatı və sürgündəki qardaşının həbs edilməsiylə tək qaldı.
Ərinin 1535-ci ildə vəfatından sonra övladları onu Brandenburqa dəvət etdi. Ancaq cehiz olaraq sahib olduğu əmlakların protestantlara ilhaq edilməsini istədiyi üçün bu dəvət geri çevrildi. Uzun müzakirələrin ardından 1545-ci ildə Brandenburqa döndü və Şpandauda məskunlaşdı. 1555-ci ildə Berlində vəfat etdi və Berlin kafedralında dəfn olundu. Ancaq 1750-ci ildə məzarı itdi.
Mənbə
Ədəbiyyat