Pomeraniyalı Sofiya (; ; ) — Böyük Litva knyazı və Polşa kralı IV Kazimirin nəvəsi, Danimarka və Norveç kraliçası.
1498-ci ildə Şetsində dünyaya gəldi. Atası Pomeraniya hersoqu X Boqislav, anası isə Böyük Litva knyazı və Polşa kralı IV Kazimirin qızı Anna Yaqellonkadır. 1503-cü ildə çıxan üsyan səbəbilə atası ailəsini də yanına alaraq şimali Almaniya torpaqlarına qaçdı. Burada anası doğuş əsnasında vəfat etdi.
9 oktyabr 1518-ci ildə Kildə dul və 2 övlad sahibi olan Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Conun kiçik qardaşı Şahzadə Fridrixlə evləndirildi. Evlilik əsnasında bəyin 47, gəlinin isə 20 yaşı vardı. Böyük yaş fərqinə baxmayaraq xoşbəxt olan cütlüyün bu nigahdan 6 övladı doğuldu.
Yaşlı Con (1521-1580) Yelizaveta (1524-1586) Adolf (1526-1586) Anna (1527-1535) Doroteya (1528-1575) Fridrix (1532-1556)
Ərinin 1523-cü ildə Danimarka, 1524-cü ildə isə Norveç kralı olmasının ardından Sofiya da Kalmar birliyinin kraliçası oldu. Ancaq kraliça kimi əriylə birlikdə Kopenhagendəki sarayda yaşamadı. Bunun əvəzinə övladlarıyla birlikdə Kildəki şəxsi malikanəsində gözlərdən kənarda yaşadı.
1533-cü ildə vəfatından sonra onun ilk evliliyindən doğulan oğlu III Kristian taxta çıxdı. Övladlarının haqlarını almaq məqsədilə övladlarını da yanına alaraq Qottorp qəsrində məskunlaşdı. 1538-ci ildə ögey oğlu III Kristian onun və övladlarının yenidən Kildə məskunlaşmasını istədi.
1568-ci ildə Kildə vəfat etdi və cənazəsi Şlezviq kafedralına dəfn olundu.
Mənbə
Ədəbiyyat
Langhoff Koch, Louise (2021). Kongernes kvinder : dronninger, elskerinder, friller og maitresser i den danske kongerække fra Christian 1. til i dag. Muusmanns forlag. ISBN 9788794155564
İstinadlar