thumb|Bursadakı Koza Xan məscidi thumb|Bursadakı Koza Xandan görüntü Koza Xan () — XV əsrin sonlarında II Bəyazid tərəfindən, memar Əbdülula bin Pulad Şaha İstanbuldakı əsərlərinə vəqf olaraq Bursada tikdirilib.

Xanlar bölgəsində Ulu məscid ilə Orxan Qazi məscidi arasında yerləşir. Osmanlı dövrü xan və karvansara memarlığında; mərkəzindəki məscid baxımından, qədim ənənələri davam etdirən və bütövlüyünü qoruyub saxlamış tarixi əsərdir. Möhtəşəm giriş qapısı və həyətində yerləşən, altında şadırvanı olan köşk məscid Bursanın rəmzlərindən biri hesab olunur.

Keçmişdə Yeni Xan, Xan-ı Cədid, Xan-ı Cədid-i Əvvəl (Pirinç Xan tikildikdən sonra), Xan-ı Cədid-i Amirə, Yeni Karvansara, Bəylik Xan, Bəylik Karvansara, Simkəş Xan, Sırmakeş Xan kimi bir çox adla tanınan tikili, içərisində ipək qozası ticarəti aparıldığı üçün Koza Xan adı ilə tanınmağa başlayıb. İpək ticarəti üçün Bursaya gələn ipək tacirləri yaşayış xidməti göstərən bu yerdə alt-üst iki otaq kirayələyərək; üst otaqdan ticarət işlərini idarə etmək və gecələmək, alt otaqdan isə ticarət mallarını saxlamaq üçün anbar kimi istifadə ediblər. Xan günümüzdə də ticari funksiyasını qoruyub saxlayır.

Tarixi Koza Xanın tikintisi haqqında yazılı mənbə olmasa da, İstanbulda II Bəyazid üçün inşa edilən böyük məscid və kompleksin Vəqflar Baş İdarəsindəki 1505-ci il tarixli vəqfnamə surətinə əsasən, gəliri bu kompleksə vəqf edilən Koza Xanın tikintisinə 1490-cı ilin martında başlanılmış, açılışı isə 29 sentyabr 1491-ci ildə olmuşdur. Lakin vəqfnamədə adı çəkilən karvansaranın Koza Xan deyil, onun yaxınlığındakı Pirinç xan olduğu, Koza Xanın torpağının isə 1490-cı ildə müxtəlif şəxslərdən satın alındığı da qeyd edilmişdir.

Koza Xan 1671-1672 və 1685-ci illərdə təmir edilib. 1950-ci illərə doğru genişmiqyaslı bərpa işlərindən sonra, karvansaranın otaqları müasir ticarət mərkəzlərinə çevrilib.

Memarlıq xüsusiyyətləri Koza Xan, düzbucaqlı həyətin ətrafında yerləşən ikimərtəbəli əsas blokdan və şərqində tövlə ilə anbarların olduğu ikinci həyət hissəsindən ibarətdir. Xarici divar hörgüsündə kərpic və yonma daşdan ibarət qarışıq texnikadan istifadə edilib. Zəmin qatında 45, üst qatında 50 olmaqla cəmi 95 otaq var. Otaqların önünü altdan və üstdən eyvan əhatə edir. Üst qatın eyvanları vaxtilə taxta olsa da, son təmir zamanı daş-kərpiclə əvəz olunub. Eyvan tağları kərpiclə hörülü olub, üzəri isə qübbəlidir. Tağbəndlə örtülü olan otaqların hər birinin çölə açılan iki pəncərəsi var.

Həyətin ortasında, bəzi Səlcuqlu karvansaralarında olduğu kimi, ayrıca məscid yerləşir. Bu tikili Səlcuqlu köşk məscidi ənənəsinin davamı olsa da, plan baxımından Səlcuqlu dövrünün kvadrat və ya düzbucaqlı planlı, iki tərəfli pilləkəni olan və xarici fasadı bəzəkli köşk məscidlərindən fərqlənir. Koza Xanın həyətindəki məscid altında hovuzlu şadırvanı olan səkkizbucaqlı tikilidir; üstü qurğuşun örtüklü qübbə ilə örtülüdür. Bu tikilinin sonrakı əsrlərdə inşa edilmiş Ədirnə Rüstəm Paşa karvansarası və Lefkoşa Böyük Xan kimi tikililərdəki məscidlərə təsir göstərdiyi düşünülür.

Koza Xana şimalında, yuvarlaq tağlı, daşdan hazırlanmış qabarıq buruqlarla canlandırılmış və mavi kaşılarla bəzədilmiş bir qapıdan girilir. Girişin hər iki tərəfindəki daş pilləkən yuxarı mərtəbəyə qalxmaq üçündür.

Heyvan tövləsi kimi inşa edilən ikinci həyət hissəsi "Daxili Koza Xan" adlandırılır. Birmərtəbəli olan bu hissədə hazırda iaşə (yemək-içmək) xidməti göstərilir.

Qalereya

İstinadlar

Xarici keçidlər Koza Han Resmi Web Sitesi Дуранти, Андреа (2012). «Караван-сарай на пути к современности: случай Валиде Хан Стамбула» . В Гарипур, Мохаммад (ред.). Базар в исламском городе: дизайн, культура и история . Oxford University Press. стр. 229–250. ISBN 9789774165290. "Османская эпоха Коза Хан в Бурсе сохраняет 500-летнюю ничью".Hürriyet Daily News.

Kateqoriya:Bursa Kateqoriya:Osmanlı dövrünün abidələri