Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı — İrlandiya Respublikasında 2026-cı il noyabrın 12-də keçiriləcək Avropa Siyasi Birliyi toplantısı.Meeting of the European Political Community (EPC)

Tarixi Avropa Siyasi Birliyi ideyası Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2022-ci il mayın 9-da keçirilən "Avropanın Gələcəyi" Konfransında irəli sürülmüşdür.The beginning of the European Political Community 23–24 iyun 2022-ci il tarixlərində Avropa Şurasının iclasında Birliyin təsis edilməsi barədə razılıq əldə olundu.

Dəyərləri Avropa dəyərlərini paylaşan Aİ üzv dövlətləri ilə Aİ üzvü olmayan dövlətlər arasında əlaqələrin gücləndirilməsi, üzv ölkələr arasında sülh, təhlükəsizlik, enerji, iqlim, miqrasiya və mövcud iqtisadi vəziyyət kimi geniş miqyasda əməkdaşlığın artırılması; Avropa Siyasi Birliyi bütün qitə üzrə Avropa ölkələri üçün siyasətin əlaqələndirilməsi platformasını təmin etməli, həmçinin Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməli, xüsusilə də Avropa enerji böhranı kontekstində, ortaq maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı təşviq etməlidir.Conclusions du Conseil européen, 23 et 24 juin 2022 Avropa İttifaqlna namizəd dövlətlərə tələbə və universitet mübadiləsi kimi bəzi Avropa layihələrində iştirak etməyə başlamağa imkan verirməlidir.

10 mart 2023-cü ildə Böyük Britaniya və Fransa liderləri arasında keçirilən ikitərəfli zirvə görüşündən sonra qəbul olunan bəyannamədə Avropa Siyasi Birliyinin enerji, infrastruktur, əlaqə, kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə və miqrasiyaya diqqət yetirildi.

İştirakçılar İrlandiya Avropa İttifaqı Şurasına sədrliyi dövründə 2026-cı ilin noyabrında Avropa Siyasi Birliyinin IX Zirvə toplantısına ev sahibliyi edəcək. İştirakçı dövlətlər və təşkilatlar Sammitdə Avropa Siyasi Birliyində iştirak edən dövlətlərin dövlət və ya hökumət başçılarının, eləcə də İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin, Avropa İttifaqının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Avropa Parlamentinin prezidentinin iştirakı gözlənilir.

İstinadlar

Xarici keçidlər European Union EU website – European Union Presidents

Kateqoriya:Avropa mərkəzli beynəlxalq təşkilatlar Kateqoriya:Avrointeqrasiya Kateqoriya:Avropa İttifaqının xarici siyasəti Kateqoriya:Avropa Komissiyası Kateqoriya:Avropa Parlamenti