thumb|TCG Anadolu (L400) adlanan Türkiyə aviadaşıyıcı gəmisi Aralıq dımizində Türkiyə müdafiə sənayesi - Türkiyənin hərbi ehtiyaclarını ödəmək və müdafiə qabiliyyətini artırmaq üçün ölkə sərhədləri daxilində istehsal, dizayn və tədqiqat və hazırlama fəaliyyətləri həyata keçirən sənaye.

Bu sənaye hərbi nəqliyyat vasitələri, silah sistemləri, İKT, kibertəhlükəsizlik və digər müdafiə sahələrində məhsul və xidmətləri əhatə edir. Türkiyə müdafiə sənayesinin inkişafı yerli istehsalın təşviqi və xarici asılılığın azaldılmasına hədəflənərək, strateji əhəmiyyət kəsb edir.

left|thumb|"Mahmudiyyə" adlanan yelkənli xətt gəmisi, 1829. Uzun müddət dünyanın ən böyük hərbi gəmisi olub. Göyərtəsində 3 mərtəbədə yerşələn 128 top daşıyıb. Onlarla döyüşlərdə istifadə edilib Tarixi inkişaf thumb|Topxana Dövlət Arsenalında saxlanılan və Münir Əli tərəfindən düzəldilmiş Dardanel Topu, 1464thumb|Birinci Dünya müharibəsində Osmanlı təyyarəqayırması Ümumi Türkiyədə müdafiə sənayesi (Osmanlı türkcəsində: İmalat-ı Harbiye) qurma cəhdləri Osmanlı İmperiyasına gedib çıxır. XVII əsrə güclü mövqedə olan müdafiə sənayesi XVIII əsrdən etibarən Avropadakı texnoloji inkişaflardan kənarda qalıb və Birinci Dünya Müharibəsindən sonra təcil sürətini tamamilə itirib.

Bu səbəbdən, Cümhuriyyətin ilk illərində əhəmiyyətli müdafiə sənayesi infrastrukturu olmayıb və həmin sahədə fəaliyyətlər Türkiyənin İstiqlaliyyət Müharibəsi zamanı Ankara yaxınlığında yeni obyektlərin yaradılması ilə məhdudlaşıb. Müdafiə sektorunu ümumi sənayeləşmə və inkişafın ayrılmaz hissəsi kimi görən Respublika hökuməti, ilk planlaşdırma dövründə sənayeləşmənin dövlətin rəhbərliyi ilə aparılmasını, o cümlədən dolayısı ilə müdafiə sənayesinin qaldırılmasını dəstəkləyib. Həmin dövrdə Türkiyədə təyyarə istehsalı kimi bəzi fəaliyyətlər həyata keçirilsə də, daxili və xarici şəraitə görə güclü infrastruktur yaradıla bilməyib.

İkinci Dünya müharibəsi sonrası, Cümhuriyyətin ilk illərində başlanan müdafiə sənayesi fəaliyyətləri dövlət dəstəyinin yetərli olmaması səbəbindən qeyri-qənaətbəxş nəticələnib. ABŞ ilə ikitərəfli münasibətlər və Türkiyənin NATO-ya üzvlüyü və xarici hərbi yardımlar nəticəsində bu istiqamətdə inkişaf mümkün olmayıb.

Bununla belə, Türkiyənin 1960-cı illərdə üzləşdiyi regional problemlər, 1963 və 1967-ci illərdəki Kipr böhranı, 1974-cü ildəki Kipr əməliyyatı və əməliyyatdan sonra Türkiyəyə qarşı tətbiq edilən silah embarqosu milli resurslara əsaslanan müdafiə sənayesinin inkişaf etdirilməsi zərurətini doğurub. 1974-cü ildən sonra vəziyyət nəzərə alınaraq, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondu yaradılıb və məhdud sərmayə qoyuluşları edilib.

Daxili istehsal qabiliyyətinin qorunması və inkişaf etdirilməsində inzibati və maliyyə çətinlikləri ilə yanaşı, məhdud milli resurslar və tədarük siyasəti Türkiyə Silahlı Qüvvələri üçün müdafiə avadanlıqlarında artan boşluğun doldurulmasına kifayət etməyib.

1923-1950 Birinci Dünya Müharibəsinin sonunda İstanbuldan və ətrafından gizli şəkildə köçürülən avadanlıq və cihazlar, sənətkar və işçilər İstiqlal Müharibəsinin qələbəsində mühüm rol oynayıblar. Ankara, Konya, Əskişəhər, Keskin və Ərzurumdakı kiçik miqyaslı və sadə emalatxanalar təkcə yüngül silah və sursat istehsalı ilə kifayətlənməyərək, güclü yerli müdafiə sənayesi infrastrukturunun təməlini qoyub.

Hərbi Zavodların Baş İdarəsi 1921-ci ildə təsis olunub və onun rəhbərliyi altında silah və sursat sənayesinin yaradılması ilk dəfə İzmir İqtisadiyyat Konqresində müzakirə edilib.

1924-cü ildə Ankarada yüngül silah və top təmiri üçün bir təsisat, sursat və hərbi dülgərlik üçün isə başqa bir təsisat yaradılıb.

1924-cü ildə Ankarada yeni sursat zavodu; 1930-cu ildə Kayaşda kapsul zavodu; 1931-ci ildə Kırıkkaledə elektrik stansiyası və polad zavodu; 1936-cı ildə barıt, tüfəng və top istehsalı müəssisəsi; 1943-cü ildə isə Mamakda əleyhi-qaz zavodu qurulub.

Nuru Paşa tərəfindən 1930-cu ildə Qızıl Buynuz bölgəsində qurulan təsisat o dövrdə silah istehsal edən iki özəl firmadan biri olub. Bu müəssisə İkinci Dünya Müharibəsi zamanı tapança, 81 mm-lik minaatan və sursat, partlayıcı maddələr və pirotexnika istehsal edib, İkinci Dünya Müharibəsi zamanı Türkiyə Silahlı Qüvvələrinə dəstək verib.

"Gölcük" Gəmiqayırma Zavodu 1924-cü ildə Yavuz döyüş gəmisinin saxlanılması üçün qurulub, "Taşkızak" Gəmiqayırma Zavodu isə 1941-ci ildə fəaliyyətini bərpa edib. thumb|TOMTAŞ emblemi, osmanlıca və almanca yazılarla, 1920-lər. Türkiyə aviasiya sənayesi 1926-cı ildə "Tayyare ve Motor Türk" AŞ (TOMTAŞ) şirkətinin qurulması ilə başlayıb. Kayseridə qurulan TOMTAŞ müəssisələri 1928-ci ildə istehsala başlayıb və 1939-cu ilə qədər 112 təyyarə istehsal edib. Bunlardan əsasən:

15 ədəd AFR Junkers A-20; 15 ədəd ABŞ Hawk qırıcı təyyarəsi; 10 ədəd ABŞ Fledgling təlim təyyarəsi; 15 ədəd AFR Gotha rabitə təyyarəsi.

Türkiyə Hərbi Hava Qüvvələrinə aid bu təyyarənin texniki xidməti başa vurulduqdan sonra, TOMTAŞ 1939-cu ildə təyyarə istehsalını dayandırıb.

1936-cı ildə Nuri Dəmirağ tərəfindən qurulan İstanbul Təyyarə Zavodunda 65 planer istehsal olunaraq Türkiyə Aeronavtika Assosiasiyasına təhvil verilib. Burada Nu.D-36 adlı 24 təlim təyyarəsi istehsal edilib. Bununla yanaşı, eyni Zavodda buraxılan Nu.D-38 adlı 6 nəfərlik hava gəmisi Türkiyənin ilk sərnişin təyyarəsi olub. Lakin bu özəl şirkət 1943-cü ildə bağlanıb.

Aviasiya sənayesində ilk böyük təşəbbüs 1941-ci ildə Türkiyə Aeronavtika Assosiasiyası tərəfindən "Etimesgut" Təyyarə Zavodunun qurulması olub. 1944-cü ildə istehsalına başlayan bu təsisat 80 ədəd "Miles Magister" təlim təyyarəsi , 2 ədəd mühərrikli təcili yardım təyyarəsi, THK-10 yüngül nəqliyyat təyyarəsi, 60 ədəd "MKE Uğur 44" adlı ikinəfərlik təlim təyyarəsi və müxtəlif növ planerlər istehsal edib.

İlk Təyyarə Mühərriki Zavodu 1945-ci ildə Ankarada qurulub və 1948-ci ildə istehsala başlayıb.

1942-1943-cü illər arasıda Malatyada Birləşmiş Krallıqdan təchiz edilmiş təyyarələrin texniki xidməti və təmiri üçün müxtəlif müəssisələr təsis edilib.

NATO üzvlüyündən sonra Türkiyəyə göstərilən xarici hərbi yardımlar yerli müdafiə sənayesinin inkişafını dayandırıb.

1950-1960 Bu dövrdə daxili müdafiə sənayesini inkişaf etdirmək əvəzinə, xarici yardım və xarici tədarük kanallarına üstünlük verilib. Soyuq müharibə və İkinci Dünya Müharibəsonrası hərbi-siyasi qütbləşmə səbəbindən Türkiyə müdafiə ehtiyaclarını NATO çərçivəsində və onun köməyi ilə ödəyib.

İkinci Dünya Müharibəsindən sonra xarici yardımın artması daxili müdafiə sənayesinin inkişafı səylərini ləngitdi; Türkiyə Silahlı Qüvvələri üçün yerli təchizatçılara sifarişlər azalır və 15 mart 1950-ci ildə bütün hərbi sənaye müəssisələri Dövlət İqtisadi Təşəbbüsü çərçivəsində qurulan Maşınqayırma və Kimya Sənayesi Qurumunun (MKEK) tərkibinə daxil edilib.

Türkiyə Silahlı Qüvvələrinin inventarındakı silah və avadanlıqların təkmilləşdirilməsi 1954-cü ildə Milli Müdafiə Nazirliyinin tərkibində yaradılmış Tədqiqat və Hazırlama İdarəsi tərəfindən gündəmdə saxlanılaraq, 1970-ci ildən müdafiə sənayesinin inkişafı təşəbbüsləri yenidən canlandırılıb.

1960-1970 Bu dövr regional münaqişələr və Kipr böhranı ilə yadda qalıb. 1963 və 1967-ci illərdəki Kipr böhranları, 1974-cü il Kipr Sülh Əməliyyatı səbəbilə Türkiyəyə tətbiq edilən silah təcridi siyssəti Türkiyənin öz milli müdafiə sənayesinə ehtiyacını kəskinləşdirib. Böhran dövründə Türkiyə xarici təchizatdan asılılığından əziyyət çəkib. Bu dövrdə daxili istehsalın stimullaşdırılmasına əsaslanan investisiyaların geniş yayılib, MKEK-in AFR lisenziyaları ilə G-3 və MG-3 pulemyot tüfənglərinin istehsalına başlayıb.

1970-1980 Bu illər milli müdafiə sənayesinin möhkəmləndirilməsi üçün ciddi təşəbbüslər həyata keçirilərək, Türkiyəyə tətbiq edilən silah embarqosuna milli cavab olaraq, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondu qurulub. Bu fond ianələr hesabına ASELSAN (1975), ASPİLSAN (1981) və HAVELSAN kimi təşkilatlar qurulsa da, tezliklə dövrün milli müdafiə sənayesi ehtiyaclarının yalnız fondlar vasitəsilə ödənilə bilməyəcəyi aydın olub.

1980-1985 Bu illərdə Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi və müasir texnologiyaya əsaslanan milli müdafiə sənayesinin yenidəntəşkili üçün dövlət təşəbbüsü irəli sürülərək, ilk növbədə Müdafiə Avadanlıqları İdarəsi yaradılıb. Lakin dövlət mənsubiyyətindən irəli gələn çatışmazlıqlar uğura mane oldu və bu təşkilatın bütün səlahiyyətləri 1985-ci ildə 3238 nömrəli Qanunla yaradılmış Müdafiə Sənayesi Müşavirliyinə (SSM) verilib.

1985-ci ildən indiyədək SSM-in əsas vəzifələrindən biri müdafiə sənayesinin ehtiyaclarını qarşılamaq, yeni təşəbbüsləri təşviq etmək, onları mövcud infrastruktura inteqrasiya edib, hərbi ehtiyaclara uyğunlaşdırmaq, xarici sərmayə və texnologiya paylaşımı üçün imkanlar axtarmaq, mövcud milli sənayeni yenidən təşkil etmək və siraət etdirmək olub. Bu məsələlərdə dövlət-özəl tərəfdaşlığı planları hazırlanıb.

Müdafiə Sənayesi Müsteşarlığı yarandığı 35 il ərzində, fədakarlıqlar sayəsində Türkiyədə müasir milli müdafiə infrastrukturunun yaradılmasında real uğurlar - yüksək nəticələr əldə edilməkıə, Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını yerli istehsal hesabına ödəmək üçün əsaslı müdafiə sənayesi təşkilatları yaradılıb.

Bundan əlavə, layihələr və sənayeləşmə fəaliyyətləri çərçivəsində aşağıdakı nailiyyətlər əldə edilib:

texnologiya infrastrukturunun yaradılması; ixrac potensialının artırılması; dəstəkləyici sektorların gücləndirilməsi; yenidənqurma sektorunun yaradılması; ekspertiza (keyfiyyətə nəzarət) sisteminin qurulması.

Türkiyə müdafiə sənayesi artıq orijinal məhsullar istehsal etmək, əsasən TÜBİTAK tərəfindən dəstəklənən geniş tədqiqat və təkmilləşdirmə proqramına malikdir.

SSM layihələri nəticəsində Türkiyə öz dayanıqlı müdafiə sənayesinə sahib olub. Texnoparkda kiçik və orta müəssisələrdə, tədqiqat müəssisələrində və universitetlərdə yerləşən kifayət qədər altsistem istehsalçıları və şirkətləri mövcuddur.

BMT-nin son rəqəmləri göstərir ki, dünyanın ən böyük yüngül silah ixracatçıları sırasına Türkiyə, Çin və Çexiya qoşulub.

Türkiyənin müdafiə sənayesi son illərdə əhəmiyyətli dərəcədə inkişafı və yenidəntəşkili onun xarici təchizatçılardan asılılığını azaldıb, milli təhlükəsizlik imkanlarının gücləndirilməsi hədəfinə irəliləyir. Bu irimiqyaslı islahatlar nəticəsində müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin sayı 3500-ə, bu şirkətlərdə çalışanların sayı isə 2025-ci ilin sonuna 100.000 nəfərə çatıb. 2025-ci ilin sonuna SIPRI tərəfindən hazırlanan Dünya Silah İxracatçıları siyahısında Türkiyə 11-ci yerdə qərarlaşıb.

Çətinliklər və gələcək istiqamətlər Bu irəliləyişlərə baxmayaraq, Türkiyə hələ də diplomatik münasibətləri müdafiə ehtiyacları ilə balanslaşdırmaq kimi çətinliklərlə üzləşir. Türkiyənin S-400 tədarükü səbəbindən F-35 proqramında iştirakının ləğvi, bu müdafiə strategiyalarının mürəkkəbliyini vurğulayan əhəmiyyətli nümunədir.

TUSAŞ Kaan qırıcı təyyarəsi və Hisar-U (SİPER) uzun mənzilli hava hücumundan müdafiə sistemi kimi davam edən layihələr, daxili imkanlara və strateji əməkdaşlığa diqqət yetirərək, Türkiyənin müdafiə sənayesinin gələcək istiqamətlərini nümayiş etdirir.

İstinadlar

Kateqoriya:Yoxlanılmamış tərcümə ehtiva edən səhifələr Kateqoriya:Türkiyənin hərbi məhsulları