Burqundiyalı Konstansa (; ) — Burqundiya hersoqu I Robertin qızı, Kastiliya, Qalisiya və Leon kraliçası.

1046-cı ildə dünyaya gəldi. Atası Burqundiya hersoqu I Robert, anası isə onun ilk xanımı Elya Seymurdır. Həyatının ilk illəri barədə yetərli məlumat yoxdur. Hələ 2 yaşında valideynləri boşandı və anası monastıra qapandı. Atasının və sonradan evləndiyi ikinci xanımı Anjulu Blanşın himayəsində qaldığı bilinir.

1065-ci ildə Şalon qrafı II Hüqoyla evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik formal xarakter daşıyırdı. Belə ki, anasının əmisi oğlu olan bəy namizədinin 43, Konstansanın isə cəmi 9 yaşı vardı. Evliliyin nə vaxtsa tamamlanıb-tamamlanmadığı bilinmir. Ancaq ərinin 1079-cu ildə ölümüylə sonlanan bu ilk evliliyindən övladı olmadı.

1079-cu ildə Kastiliya, Qalisiya və Leon kralı VI Alfonso ilə evləndi. Bu evlilikdə kraliça ünvanı aldı. Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi.

Urraka (1081-1126)

Konstansa 1093-cü ildə vəfat etdi. Geridə qalan əri isə onun ardından bir çox qadınla rəsmi və qeyri-rəsmi münasibət qurdu.

Mənbə

Ədəbiyyat