Sanço Alfonses (; ) — Kastiliya və Leon kralı VI Alfonsonun nigahdan kənar oğlu, yeganə taxt varisi.

Həyatı Təxminən 1093-cü ildə dünyaya gəldi. Atası Kastiliya və Leon kralı VI Alfonso, anası isə onun məşuqələrindən mavr əsilli Zahidədir. Atasının bir neçə xanımla rəsmi və qeyri-rəsmi münasibəti olsa da, bunlardan heç birindən oğul varisi doğulmamışdı. Bu səbəblə, Sanço Alfonsesin doğumu sarayda təntənəli şəkildə qeyd olundu. 25 yanvar 1103-cü ildə əhaliyə rəsmi olaraq tanıdıldı və 14 may 1107-ci ildə taxtın varisi elan olundu.

27 may 1108-ci ildə mavrlarla döyüşdə məğlub edildi. Döyüş meydanından qaçmaq istəsə də, ələ keçirildi və yerli müsəlmanlar tərəfindən öldürüldü. Ölümünün ardından böyük bacısı Şahzadə Urraka yenidən taxt varisi oldu.

Mənbə

Ədəbiyyat

Reilly, Bernard F. 1982. The Kingdom of León-Castilla under Queen Urraca, 1109–1126. Princeton: Princeton University Press. Reilly, Bernard F. 1988. The Kingdom of León-Castilla under King Alfonso VI, 1065–1109. Princeton: Princeton University Press. Salazar y Acha, Jaime de. 1992. "Contribución al estudio del reinado de Alfonso VI de Castilla: algunas aclaraciones sobre su política matrimonial." Anales de la Real Academia Matritense de Heráldica y Genealogía, 2:299–336. Salazar y Acha, Jaime de. 2007. "De nuevo sobre la mora Zaida." Hidalguía: la Revista de Genealogía, Nobreza y Armas. 54:225–242.

İstinadlar Kateqoriya:Kastiliya infantları