Mənnon Uyğur-Məcidov və ya Mənnon Uyğur həmçinin Məcidov Əbdümənnon (; ) — Özbəkistan rejissoru, aktyoru və dramaturqu. Özbək sovet teatrının banilərindən biri. Özbəkistan SSR Xalq Artisti (1932).
Həyatı Mənnon Uyğur-Məcidov 11 oktyabr 1897-ci ildə Daşkənddə anadan olub.
Səhnə fəaliyyətinə 1916-cı ildə Daşkənddəki "Turan" truppasında həvəskar aktyor kimi başlayıb. 1919-cu ildə Daşkənddə Karl Marks adına Özbək Peşəkar Truppasını təşkil edib və ona rəhbərlik edib, aktyor kimi tamaşalarda çıxış edib. 1924–1927-ci illərdə Moskvada Özbək Maarif Evi nəzdindəki dram studiyasında təhsil alıb.
Studiyanı bitirdikdən sonra Həmzə adına Teatrın heyətinə daxil olub, bu teatrın rejissoru və bədii rəhbəri işləyib. Realist özbək aktyorluq məktəbinin təməlinin qoyulmasına böyük töhfə verib. Uyğurun səhnələşdirildiyi tamaşalar sosial xarakterlərin dəqiqliyi, parlaq milli koloriti və mizansəhnələrin ifadəliliyi ilə seçilirdi. O, səhnə nitqinə xüsusi diqqət yetirirdi. Uyğur komediyalar yazıb ("Türküstan həkimi", "1918№ və s.), pyesləri Azərbaycan dilindən və tatar dilindən tərcümə edib. Daşkənd Teatr və Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
Mənnon Uyğur 16 oktyabr 1955-ci ildə vəfat edib. Daşkənddəki Çağatay qəbiristanlığında dəfn olunub.
Yaradıcılığı
Aktyor kimi M.Uyğurun "Türküstan həkimi" — Eşimqul Həmzə Həkimzadə Niyazinin "Bəy və nökər" — Qafur Q.Zəfərinin "Xəlimə" — Rəhim
Rejissor kimi 1919 — Həmzə Həkimzadə Niyazi, "Bəy və nökər" 1920 — Q.Zəfəri, "Xəlimə" 1929 — K.Yaşen, "İki kommunist" 1932 — Z.R.Fətxullin, "Maska cırıldı"; K.Yaşen, "Yandıracağıq" 1935 — Şekspir, "Hamlet" 1938 — Z.R.Fətxullin, "Xainlər" 1944 — Şeyxzadə, "Cəlaləddin" 1947 — Uyğun, "Həyat nəğməsi"; İ.A.Sultanov və Uyğun, "Əlişir Nəvai" 1954 — S.Abdulla, "Müqimi"
Xatirəsi Daşkəndin Şeyxantaxur rayonundakı “Mənnon Uyğur” məhəlləsi Mənnon Uyğurun şərəfinə adlandırılıb.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu da Mənnon Uyğur-Məcidovun adını daşıyır.
Təltif və mükafatları Özbəkistan SSR Xalq Artisti (1932) İkinci dərəcəli "Stalin" mükafatı (1949) — Uyğun və İ.A.Sultanovun "Əlişir Nəvai" tamaşasının quruluşuna görə "Lenin" ordeni (06.12.1951) "Qırmızı Əmək Bayrağı" ordeni (08.02.1936) İki "Şərəf Nişanı" ordeni (31.05.1937 — Özbəkistan musiqi və rəqs sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə; 24.03.1945) "Böyük xidmətlərinə görə" ordeni (2001) — ölümündən sonraУказ Президента Республики Узбекистан от 22 августа 2001 года № УП-2916 «О награждении посмертно мастеров литературы и искусства, внесших огромный вклад в развитие узбекской национальной культуры»
İstinadlar
Xarici keçidlər / Театральные деятели / У / Маннон Уйгур (Маннон Маджидов) / биография
Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Özbəkistan aktyorları Kateqoriya:SSRİ teatr rejissorları