HQ-9 – (; tərcüməsi: 'Qırmızı Bayraq-9'; NATO hesabat adı: CH-SA-9) Çin Xalq Respublikası tərəfindən hazırlanmış uzaq mənzilli, yarımaktiv radar tuşlamalı "yer-hava" tipli raket sistemidir. Onun hərbi dəniz variantı HHQ-9 adlanır. HQ-9 və onun ixrac variantları "Çin Aerokosmik Elm və Sənaye Korporasiyası" tərəfindən hazırlanır.

Təsvir HQ-9-un işlənilməsi proqramı 1970-ci illərdə başlamış, tammiqyaslı layihələndirmə işlərinə isə 1980-ci illərin sonlarında start verilmişdir.

Qərb analitiklərinin fikrincə, HQ-9 Çinin 1993-cü ildən idxal etməyə başladığı Rusiyanın S-300 sisteminin "analoqu" və ya onun törəməsidir. "Royal United Services Institute" təşkilatından Castin Bronk bu raketi "Rusiyanın SA-20 sisteminə əsaslanan, lakin radarı, tuşlama başlığı və idarəetmə elementləri ABŞ və İsrail texnologiyalarının güclü təsiri altında hazırlanan hibrid konstruksiya" kimi təsvir edir.

Raket ətalətli tuşlama, trayektoriyanın orta hissəsində məlumat mübadiləsi və son mərhələdə aktiv radar tuşlamasını özündə birləşdirən "raket vasitəsilə müşayiət" (RVM) sistemindən istifadə edir. Əvvəlki raketlərdə tətbiq olunan RVM sistemi, ehtimal ki, İsrail və ya Almaniyadan əldə edilmiş ABŞ-ın MIM-104 Patriot raketinin əsasında işlənilmişdir.

"Defence International" jurnalının 2001-ci ildə dərc olunan məqaləsinə görə, HQ-9-un uzunluğu 6,8 metr, kütləsi isə təxminən iki tondur. Birinci və ikinci pillələrin diametrləri müvafiq olaraq 700 mm və 560 mm-dir. Döyüş başlığının kütləsi 180 kq, maksimum sürəti isə 4,2 Max-dır. HQ-9 digər Çin "yer-hava" tipli raket sistemlərinin atəşi idarəetmə radarlarından istifadə edə bilər.

İstinadlar

Kateqoriya:Dəniz bazalı zenit-raket kompleksləri