Fagernes () — Norveçin İnlandet dairəsində yerləşən şəhərdir. Şəhər Nord-Aurdal bələdiyyəsinin inzibati mərkəzi olmaqla yanaşı, Valdres bölgəsinin ən böyük şəhər və ticarət mərkəzidir. Leira kəndinin bir qədər şimal-qərbində və Skrautval kəndindən təxminən 5 km cənubda yerləşir. Sahəsi 2 km² olan şəhərin 2024-cü ildə əhalisi 1 983 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 992 nəfər təşkil edir.
Fagernes Oslodan təxminən 3 saat şimal-qərbdə yerləşir və əlverişli nəqliyyat əlaqələri, həmçinin Valdres vadisini əhatə edən təbiət, o cümlədən Yotunheymen və Spötind kimi dağlıq ərazilər sayəsində Norveçdə turizm üçün mühüm istiqamətdir. Avropa E16 marşrutu şəhərdən keçir. Strondafyorden gölü şəhərin cənubunda yerləşir. Tinqnes kilsəsi şəhərdə yerləşir. Fagernes sahilindən Strondafyordenə doğru təxminən 51 m cənubda kiçik, yaşayış olmayan Vesleöya adası yerləşir. Ada kiçik ağ taxta körpü ilə sahilə birləşir.
Tarix
14 iyun 2007-ci ildə Nord-Aurdal bələdiyyəsinin bələdiyyə şurası, böyük Fagernes kəndinə şəhər statusu vermək qərarına gəldi. Qərar 8 sentyabr 2007-ci ildə qüvvəyə mindi. Həmin gün Fagernes kənd kimi yaranmasının 150-ci ildönümünü qeyd edirdi.
Adı
Fagernes adı («gözəl, yaraşıqlı») və («burun») sözlərindən yaranmış mürəkkəb addır.
Tanınmış şəxslər
Erika Lundmoen — Norveç əsilli Rusiya müğənnisi
Həmçinin bax
Alta Arendal Oslo Elverum
İstinadlar
Xarici keçidlər
Fagernes şəkillərdə Fagernes veb-kamerasI Fagernes turizm ofisi YouTube-da Fagernes şəkillərdə
Kateqoriya:Norveç şəhərləri