Post-kvant kriptoqrafiyası (PQC), bəzən kvantadavamlı, kvant təhlükəsiz və ya kvanta davamlı kriptoqrafiya adlandırılır. Bu anlayış hazırda kvant kompüteri tərəfindən həyata keçirilə biləcək kriptoanalitik hücumlara qarşı təhlükəsiz olduğu düşünülən, lakin bunun hələ sübut edilmədiyi kriptoqrafik alqoritmlərin (adətən açıq açarlı alqoritmlərin) işlənib hazırlanmasını ifadə edir. Ən geniş istifadə olunan açıq açarlı alqoritmlərin əksəriyyəti üç riyazi məsələdən birinin həllinin çətinliyinə əsaslanır: tam ədədlərin vuruqlara ayrılması məsələsi, diskret loqarifm məsələsi və ya elliptik əyri üzərində diskret loqarifm məsələsi. Kifayət qədər güclü və Şor alqoritmini işlədən kvant kompüterində bu məsələlərin hamısı asanlıqla həll edilə bilər. və ya digər mümkün alqoritmlərlə də sındırıla bilər.

2026-cı ilə olan məlumata görə, kvant kompüterlərinin geniş istifadə olunan kriptoqrafik alqoritmləri sındırmaq üçün kifayət qədər hesablama gücü yoxdur; lakin post-kvant kriptoqrafiyasına keçid üçün tələb olunan uzun müddətə görə kriptoqraflar artıq yeni alqoritmlər hazırlayırlar. Bu işlər Y2Q və ya "Q-Günü"nə — mövcud alqoritmlərin kvant hesablama hücumlarına qarşı həssas olacağı günə — hazırlıq məqsədi daşıyır. Moska teoremi təşkilatlara keçid prosesinə nə qədər tez başlamalı olduqlarını müəyyənləşdirməyə kömək edən risk təhlili çərçivəsini təqdim edir.

Bu sahədə aparılan tədqiqatlar 2006-cı ildən keçirilən PQCrypto konfranslar silsiləsi, Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) tərəfindən təşkil olunan Kvant Təhlükəsiz Kriptoqrafiyası üzrə bir sıra seminarlar və Kvant Hesablama İnstitutu vasitəsilə akademik və sənaye dairələrinin diqqətini cəlb etmişdir. Geniş yayılmış olduğu ehtimal edilən indi topla, sonra şifrəni aç proqramlarının mövcudluğu da post-kvant alqoritmlərin erkən tətbiqinə motivasiya verən amillərdən biri kimi qiymətləndirilir. Bunun səbəbi hazırda qeydə alınan məlumatların uzun illər sonra da məxfi olaraq qala bilməsidir.

Kvant hesablama texnologiyasının mövcud açıq açarlı alqoritmlər üçün yaratdığı təhlükədən fərqli olaraq, hazırkı simmetrik kriptoqrafik alqoritmlərin və heş funksiyalarının əksəriyyəti kvant kompüterlərinin hücumlarına qarşı nisbətən təhlükəsiz hesab olunur. Kvant Qrover alqoritmi simmetrik şifrlərə qarşı hücumları sürətləndirsə də, açarın ölçüsünün iki dəfə artırılması bu hücumların təsirini effektiv şəkildə aradan qaldıra bilər. Buna görə də post-kvant simmetrik kriptoqrafiyanın hazırkı simmetrik kriptoqrafiyadan əhəmiyyətli dərəcədə fərqlənməsinə ehtiyac yoxdur.

2024-cü ildə ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (NIST) ilk üç post-kvant kriptoqrafiya standartının yekun versiyalarını yayımladı.NIST Releases First 3 Finalized Post-Quantum Encryption Standards , NIST, August 13, 2024

Hazırlıq Rəqəmsal infrastrukturlar güclü kibertəhlükəsizlik tələb edir. Kriptoqrafik sistemlər məlumatların məxfiliyinin və həqiqiliyinin qorunması üçün həyati əhəmiyyət daşıyır. Kvant hesablama bu qorunma məqsədlərinə nail olmaq üçün istifadə olunan, lakin yalnız klassik kompüterlərə qarşı təhlükəsiz olan bir çox klassik kriptoqrafik alqoritm üçün təhlükə yaradacaq. Hazırda kvant təhlükəsiz olmayan, istər saxlanılan, istərsə də ötürülən və uzun müddət məxfi qalmalı olan məlumatlar gələcəkdə kvant kompüterləri tərəfindən təhlükəyə məruz qala bilər ("indi topla, sonra şifrəni aç" hücumları). Bundan əlavə, kvant kompüterləri məlumatların həqiqiliyini də təhlükə altına sala bilər. Kvant hesablamanın kibertəhlükəsizlik üçün yaratdığı təhlükəyə post-kvant kriptoqrafiyasına (PQC) vaxtında, hərtərəfli və əlaqələndirilmiş keçid yolu ilə qarşı çıxmaq mümkündür.

Alqoritmlər Post-kvant kriptoqrafiya üzrə tədqiqatlar əsasən altı müxtəlif yanaşmaya yönəlib:

Şəbəkə əsaslı kriptoqrafiya

Bu yanaşmaya səhvlərlə öyrənmə, halqada səhvlərlə öyrənmə (ring-LWE),... halqada səhvlərlə öyrənmə açar mübadiləsi və halqada səhvlərlə öyrənmə imzası, daha qədim NTRU və ya GGH şifrələmə sxemləri, həmçinin daha yeni NTRU imzası və BLISS imzaları daxildir.. Bu sxemlərdən bəziləri, məsələn, NTRU şifrələməsi, uzun illər ərzində tədqiq edilmiş və heç kim praktik hücum tapa bilməmişdir. Ring-LWE alqoritmləri kimi digər sxemlərin təhlükəsizliyinin ən pis hal məsələsinə endirildiyini göstərən sübutları vardır.. Avropa Komissiyasının dəstəklədiyi Post-kvant Kriptoqrafiya Tədqiqat Qrupu standartlaşdırma üçün NTRU alqoritmi əvəzinə NTRU-nun Stehle–Steinfeld variantının tədqiq edilməsini təklif etmişdir. Həmin dövrdə NTRU hələ patentlə qorunurdu. Tədqiqatlar göstərmişdir ki, NTRU digər şəbəkə əsaslı alqoritmlərlə müqayisədə daha təhlükəsiz xüsusiyyətlərə malik ola bilər. İki şəbəkə əsaslı alqoritm — ML-KEM (ümumiyyətlə Kyber kimi tanınır) və ML-DSA (ümumiyyətlə Dilithium kimi tanınır) — NIST tərəfindən standartlaşdırılmış ilk post-kvant alqoritmlər arasında olmuşdur.

Çoxdəyişənli kriptoqrafiya

Buraya çoxdəyişənli tənliklər sistemlərinin həllinin çətinliyinə əsaslanan Balanslaşdırılmamış yağ və sirkə imza sxemi kimi kriptoqrafik sistemlər daxildir. Təhlükəsiz çoxdəyişənli tənlik şifrələmə sxemlərinin yaradılması üzrə müxtəlif cəhdlər, xüsusilə Rainbow imzası sındırılmışdır.

Heş əsaslı kriptoqrafiya

Buraya Lamport imzası, Merkle imza sxemi, XMSS, SPHINCS, WOTS və SPHINCS+ sxemləri daxildir. Heş əsaslı rəqəmsal imzalar 1970-ci illərin sonlarında Ralf Merkl tərəfindən ixtira edilmiş və o vaxtdan bəri RSA və DSA kimi ədəd nəzəriyyəsinə əsaslanan rəqəmsal imzalara maraqlı alternativ kimi tədqiq edilmişdir. Onların əsas çatışmazlığı ondan ibarətdir ki, hər bir heş əsaslı açıq açar üçün müvafiq şəxsi açarlar dəsti ilə imzalana bilən imzaların sayına məhdudiyyət qoyulur. Bu məhdudiyyət kvant kompüterlərinin hücumlarına davamlı kriptoqrafiyaya marağın artmasına qədər bu imzalara olan marağı azaltmışdı. Merkle imza sxeminə dair patentlərin olmadığı görünür və bu sxemlərlə istifadə oluna bilən çoxsaylı patentsiz heş funksiyaları mövcuddur. Yohannes Buçmannın rəhbərliyi altında tədqiqatçılar qrupu tərəfindən hazırlanmış vəziyyətli heş əsaslı imza sxemi XMSS RFC 8391-də təsvir edilmişdir.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən bütün sxemlər birdəfəlik və ya məhdud sayda istifadə olunan imzalardır. Moni Naor və Moti Yunq 1989-cu ildə UOWHF heşləmə funksiyasını ixtira etmiş və heşləməyə əsaslanan imza (Naor–Yunq sxemi) hazırlamışdır. Bu imza qeyri-məhdud sayda istifadə oluna bilər və tələ qurucu xüsusiyyətlər tələb etməyən ilk belə imzadır.

Çoxdəyişənli kriptoqrafiya – balanslaşdırılmamış yağ və sirkə

Balanslaşdırılmamış yağ və sirkə imza sxemləri sonlu cisim üzərində çoxdəyişənli polinomlara əsaslanan asimmetrik kriptoqrafik primitivlərdir. Bulygin, Petzoldt və Buchmann ümumi çoxdəyişənli kvadratik UOV sistemlərinin NP-çətin çoxdəyişənli kvadratik tənliklərin həlli məsələsinə reduksiyasını göstərmişlər.

Heş əsaslı kriptoqrafiya – Merkl imza sxemi

2005-ci ildə Luis Garcia Merkle heş ağacı imzalarının təhlükəsizliyinin əsas heş funksiyasının təhlükəsizliyinə reduksiyasını sübut etmişdir. Garcia öz məqaləsində göstərmişdir ki, hesablama baxımından biristiqamətli heş funksiyaları mövcuddursa, Merkle heş ağacı imzası sübut edilə bilən şəkildə təhlükəsizdir.

Buna görə də təhlükəsizliyinin məlum çətin məsələyə reduksiyası sübut edilə bilən heş funksiyasından istifadə edilməsi Merkle ağacı imzasının təhlükəsizliyinin həmin məlum çətin məsələyə reduksiyasını da sübut edilə bilən edir.

Avropa Komissiyasının dəstəklədiyi Post-kvant Kriptoqrafiya Tədqiqat Qrupu kvant kompüterlərinin hücumlarına qarşı uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün Merkle imza sxemindən istifadəni tövsiyə etmişdir.

Kod əsaslı kriptoqrafiya – McEliece

McEliece şifrələmə sisteminin təhlükəsizliyi sindromun dekodlaşdırılması məsələsinə (SDP) reduksiya olunur. SDP-nin NP-çətin olduğu məlumdur. Avropa Komissiyasının dəstəklədiyi Post-kvant Kriptoqrafiya Tədqiqat Qrupu kvant kompüterlərinin hücumlarına qarşı uzunmüddətli qorunma üçün bu kriptoqrafiyadan istifadəni tövsiyə etmişdir.

Kod əsaslı kriptoqrafiya – RLCE 2016-cı ildə Vanq McEliece sxemlərinə əsaslanan təsadüfi xətti kod şifrələmə sxemini — RLCE-ni təklif etmişdir. RLCE sxemi əsas xətti kodun generator matrisinə təsadüfi sütunlar əlavə etməklə Rid–Solomon kodu kimi istənilən xətti koddan istifadə edilməklə qurula bilər.

Super-sinqulyar elliptik əyri izogeniya kriptoqrafiyası

Təhlükəsizlik eyni sayda nöqtəyə malik iki Super-sinqulyar əyri arasında izogeniya qurulması məsələsi ilə əlaqəlidir. Delfs və Galbraith tərəfindən bu məsələnin çətinliyinə dair nəşr olunmuş ən son tədqiqat göstərir ki, məsələ açar mübadiləsinin yaradıcılarının irəli sürdüyü qədər çətindir. Məlum NP-çətin məsələyə təhlükəsizlik reduksiyası yoxdur.

Müqayisə Bir çox post-kvant kriptoqrafiya alqoritminin ümumi xüsusiyyətlərindən biri onların geniş istifadə olunan "kvantdan əvvəlki" açıq açarlı alqoritmlərlə müqayisədə daha böyük açar ölçüləri tələb etməsidir. Açar ölçüsü, hesablama səmərəliliyi və şifrmətnin və ya imzanın ölçüsü arasında çox vaxt müəyyən kompromislər mövcuddur. Aşağıdakı cədvəldə 128 bitlik post-kvant təhlükəsizlik səviyyəsində müxtəlif sxemlər üçün bəzi göstəricilər verilmişdir.

AlqoritmNövAçıq açarŞəxsi açarİmzaML-DSAŞəbəkə B B BNTRUEncryptŞəbəkə B BStreamlined NTRU PrimeŞəbəkə BSPHINCSHeş imzası B B BSPHINCS+Heş imzası B B BBLISS-IIŞəbəkə B B BGLP-Variant GLYPH imzasıHalqa-LWE B B BNewHopeHalqa-LWE B BGoppa əsaslı McElieceKod əsaslı B BTəsadüfi xətti kod əsaslı şifrələməRLCE B BKvazi-siklik MDPC əsaslı McElieceKod əsaslı B BSIDHİzogeniya B BSIDH (sıxılmış açarlar)İzogeniya B B3072 bitlik diskret loqarifmPQC deyil B B B256 bitlik elliptik əyriPQC deyil B B B Post-kvant kriptoqrafiya alqoritmlərindən birinin seçilməsində praktiki baxımdan nəzərə alınmalı məsələlərdən biri açıq açarların internet üzərindən göndərilməsi üçün tələb olunan resurslardır. Bu baxımdan Ring-LWE, NTRU və SIDH alqoritmləri 1 kB-dan aşağı olan əlverişli açar ölçülərinə malikdir, heş-imza açıq açarlarının ölçüsü 5 kB-dan azdır, MDPC əsaslı McEliece isə təxminən 1 kB həcmindədir. Digər tərəfdən, Goppa əsaslı McEliece üçün təxminən 1 MB ölçüsündə açar tələb olunur.

İstinadlar

Kateqoriya:Kriptoqrafiya