Badenli Sesilya Avqusta () və ya sonradan Olqa Fyodorovna (; ) — Böyük Baden hersoqu I Leopoldun qızı, böyük knyaginya.

20 sentyabr 1839-cu ildə Karlsruedə dünyaya gəldi. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu şahzadə Leopold, anası isə İsveç kralı IV Qustav Adolfun qızı Sofiyadır.

28 avqust 1857-ci ildə Sankt-Peterburqdakı Qış sarayında rus çarı I Nikolayın oğlu böyük knyaz Mixail Romanovla evləndirildi. Mərasimdən öncə pravoslav məzhəbinə keçdi və Olqa Fyodorovna adını aldı. Bir-birini sevən və dərindən bağlı olan cütlüyün bu nigahdan 7 övladı doğuldu.

Nikolay Mixailoviç (1859-1919) Anastasiya Mixailovna (1860-1922) Mixail Mixailoviç (1861-1929) Qeorqi Mixailoviç (1863-1919) Aleksandr Mixailoviç (1866-1933) Sergey Mixailoviç (1869-1918) Aleksey Mixailoviç (1875-1895)

Ərinin 1862-ci ildə Qafqaz canişini təyin edilməsiylə ailə övladlarıyla birgə Tiflisə köçdü və 20 ilə yaxın burada məskunlaşdı. Qaynı II Aleksandrın sui-qəsdiylə ərinin bu vəzifəsi sona çatdı. Ailə daimi olaraq Sankt-Peterburqa döndü.

12 aprel 1891-ci ildə Xarkovda vəfat etdi. Cənazəsi Sankt-Peterburqa gətirildi və Müqəddəs Pavel və Pyotr kafedralına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Alexander, Grand Duke of Russia, Once a Grand Duke, Cassell, London, 1932. Cockfield, Jamie H, White Crow, Praeger, 2002, Perry, John and Pleshakov, Konstantin. The Flight of the Romanovs, Basic Books, 1999, . Zeepvat, Charlotte. The Camera and the Tsars, Sutton Publishing, 2004, .

İstinadlar