Məhəmməd ibn Sədan (; ) — Kufə qrammatika məktəbinə mənsub qrammatik və qiraət sahəsi üzrə alim.
Bioqrafiyası Tam adı Əbu Cəfər Məhəmməd ibn Sədan ibn əl-Mübarək əd-Dərir olan Məhəmməd ibn Sədan, 778-ci ildə Bağdad şəhərində anadan olmuş və 846-cı ildə Bağdad şəhərində də vəfat etmişdir.
Görmə qüsurlu olan Məhəmməd ibn Sədan, İshaq ibn Məhəmməd əl-Müseyyibi, Süleym ibn İsa, Məhəmməd ibn Münzir, Yəhya əl-Yezidi, Ubeyd ibn Aqil, əl-Kisai, Əbu Müaviyə əd-Dərir, Abdullah ibn İdris, Müseyyib ibn Şüreyk, Əbu Təmilə Yəhya ibn Vazih, Əbdüləziz ibn Əban və Yəhya ibn Ziyad əl-Fərradan təhsil almışdır.
Ondan təhsil alan şəxslər isə Əhməd ibn Məhəmməd ibn Vasil, Əbu Osman Səid ibn İmran ibn Musa, Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn Haşim əz-Zəfərani, Məhəmməd ibn Cəfər ibn Heysəm, Süleyman ibn Yəhya əd-Dəbbi, Əbu Əmr əd-Dərir, Abdullah ibn Əhməd ibn Hənbəl və İbn Səddir.
Məhəmməd ibn Sədan "Kitabül-Qiraət", "Kitabü Müxtəsərin-nəhv", "Kitabül-Hüdud" və başqa əsərlərin müəllifidir.
İstinadlar