Hesse və Reynli Aleksandr Lüdviq Georq Fridrix Emil (; ) — Böyük Hesse hersoqu II Lüdovikin oğlu.

15 iyul 1823-cü ildə Darmştadtda dünyaya gəldi. Atası Böyük Hesse hersoqu I Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdovik, anası isə Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi Badenli Vilhelminadır. Doğulduğu əsnada babası hələ taxtda idi. Hərbi karyeraya yönləndirildi və rus ordusunda xidmətə göndərildi. Rus çarı I Nikolayın oğlu çareviç Aleksandrla evli olan bacısı Mariya Aleksandrovna vasitəsilə rus ordusunda sürətlə yüksəldi. O əsnada bacısnın nədimələrindən polyak əsilli qrafinya Culya von Hakla eşq yaşamağa başladı. Çar isə onu öz ailəsindən bir xanımla evləndirmək niyyətində idi və bu səbəblə, cütlüyün evlənməsinə qarşı çıxdı. Nəticədə qrafinya Culyanı da alaraq gizlicə Sankt-Peterburqdan qaçdı. Çara itaətsizlik bəhanəsiylə Aleksandr Lüdviq çar ordusundan qovuldu. Cütlük 1851-ci ildə Brelauda evləndi. Bu evlilik monarxial deyildi və qardaşı III Lüdovik tərəfindən rəsmi olaraq tanınmadı. Buna baxmayaraq cütlüyün Hessendə yaşamasına icazə verdi. Yeni gəlinə Battenberq qrafinyası, 1858-ci ildən sonra isə şahzadə ünvanı verildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Mariya (1852-1923) Lüdovik (1854-1921) Aleksandr (1857-1893) Henri (1858-1896) Fransisk Jozef (1861-1924)

Rus ordusundan qovulduqdan sonra Avstriya ordusunda vəzifələndirilsə də, imperiyanın fərqli əyalətlərində yalnız formal vəzifələrdə xidmət etdi.

15 dekabr 1888-ci ildə xərçəng xəstəliyi səbəbilə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Günter Baisch, Claudia Schäfer: „Jugenheim“ Der Heiligenberg und die Battenberger. Verkehrs- und Verschönerungsverein Jugenheim 1863 e. V., Seeh.-Jugenheim 2011, ohne ISBN. Hans-Joachim Böttcher: Prinz Alexander von Battenberg, 1857-1893, Im Strudel europäischer Politik und des Herzens. Gabriele Schäfer Verlag, Herne 2021, ISBN 978-3-944487-84-7. Egon Cesar Conte Corti: „Unter Zaren und gekrönten Frauen“ – Schicksal und Tragik europäischer Kaiserreiche an Hand von Briefen, Tagebüchern und Geheimdokumenten der Zarin Marie von Russland und des Prinzen Alexander von Hessen. Pustet, Salzburg 1936. Sigrun Comati, Johnny Glover, Olaf Kühn, Karl Listner, Vanessa Novak und Thomas Bröning (Jossa56): Sandro – Alexander Prinz von Battenberg. Ein europäisches Schicksal. Begleitbuch zur Ausstellung auf Schloss Heiligenberg im September 2022. Legat Verlag und Stiftung Heiligenberg 2022, ISBN 978-3-932942-42-6 Marie zu Erbach-Schönberg Prinzessin von Battenberg: Entscheidende Jahre. 1859–1866–1870. Aus meiner Kindheit und Mädchenzeit. 1.A. Braunschweig, H.Wollermann 1921. Eckhart G. Franz: Alexander Prinz von Hessen und bei Rhein. In: Roland Dotzert et al.: Stadtlexikon Darmstadt. Konrad Theiss Verlag, Stuttgart 2006, ISBN 978-3-8062-1930-2, S. 19. Eckhart G. Franz (Hrsg.): Haus Hessen. Biografisches Lexikon. (=Arbeiten der Hessischen Historischen Kommission. N.F., Bd. 34) Hessische Historische Kommission, Darmstadt 2012, ISBN 978-3-88443-411-6, Nr. HD75, S. 352 (Eckhart G. Franz). Jochen Lengemann: MdL Hessen. 1808–1996. Biographischer Index. (= Politische und parlamentarische Geschichte des Landes Hessen. Bd. 14 = Veröffentlichungen der Historischen Kommission für Hessen. Bd. 48, 7). Elwert, Marburg 1996, ISBN 3-7708-1071-6, S. 181. Prinz Alexander von Hessen. In: Illustrirte Zeitung. Nr. 1203 vom 21. Juli 1866, S. 44–46 (Online bei Google Books) Martin Trageser: Die Mountbattens. Eine Familie im Zentrum europäischer Geschichte. Würzburg 2021.

İstinadlar