Kembric hersoqu () — İngiltərənin Kembric şəhərinin şərəfinə adlandırılan, Britaniya monarx ailəsinin mənsublarına verilən monarxial tituldur.
Ünvan ilk dəfə 1660-cı ildə İngiltərə kralı II Karl tərəfindən qardaşı York hersoqu Ceymsin yeni doğulan oğlu Karl Stüart üçün təsis edildi. Ancaq uşaq 6 aylıq ikən vəfat etdi. Ardından bu ünvan hersoqun yaşca kiçik oğulları Ceyms və Edqar, eləcə də ikinci xanımından doğulan oğlu Karl üçün təsis edilsə də, bu uşaqlar körpə yaşlarında vəfat etdiyi üçün ünvan boş qaldı.
Daha sonra ünvan Kraliça Anna Stüart tərəfindən 1706-cı ildə Hannover kürfürstü Georqun oğlu Georq Avqust üçün təsis edildi. Onun 1727-ci ildə taxta çıxmasıyla ünvan taxt-tacla birləşmiş oldu.
Daha sonra ünvan III Georq tərəfindən 1801-ci ildə yeddinci oğlu Adolf Frederik üçün təsis edildi. Onun 1850-ci ildə vəfatının ardından ünvan yaşca böyük oğlu Georqa miras qaldı. Ancaq onun 1904-cü ildə vəfatından sonra ünvan ləğv edildi. Belə ki, onun 1847-ci ildə baş tutan evliliyi monarxial deyildi və doğulan övladları ata mirasından məhrum edilmişdi.
Daha sonra ünvan 2011-ci ildə II Elizabet tərəfindən böyük nəvəsi Vilyam üçün təsis edildi.
Kembric hersoqları
Karl Stüart (1660-1661), II Ceymsin oğlu Ceyms Stüart (1663-1667), II Ceymsin oğlu Edqar Stüart (1667-1671), II Ceymsin oğlu Karl Stüart (1677-1677), II Ceymsin oğlu Georq Avqust (1683-1760), I Georqun oğlu Adolf Frederik (1774-1850), III Georqun oğlu Georq Vilyam (1819-1904), III Georqun nəvəsi, Adolf Frederikin oğlu Vilyam (1982-), III Çarlzın oğlu
Mənbə
Panton, Kenneth J. (2011). Historical Dictionary of the British Monarchy. G - Reference, Information and Interdisciplinary Subjects Series. Scarecrow Press. ISBN 978-0-8108-5779-7 Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. et B. (1981) L'Allemagne Dynastique. Volume 3: Brunswick-Nassau-Schwarzbourg. Le Perreux-sur-Marne: Giraud. ISBN 978-2-901138-03-7 Ensor, R.C.K. (1963). England 1870–1914, The Oxford history of England 14, New edition. Oxford University Press. ISBN 0-19-285261-2 Lacey, Robert (2020). Battle of Brothers: William, Harry and the Inside Story of a Family in Tumult. William Collins. ISBN 978-0-00-840852-7