thumb|Kemp-Devidin əsas binası (1971) thumb|Marqaret Tetçer və Ronald Reyqan Kemp-Deviddə (1986) Kemp-Devid () — ABŞ prezidentinin şəhərdənkənar iqamətgahı. Rəsmi adı Naval Support Facility Thurmont adlanır.
Kemp-Devid Vaşinqtondan 100 kilometr şimal-qərbdə, Katoktin dağı parkında (Frederik dairəsi, Merilend, ABŞ) yerləşir və ABŞ-ın hazırkı prezidentinin Ağ Evin səs-küyündən uzaqda istirahəti üçün istifadə olunur.
Kemp-Deviddən bir neçə kilometr məsafədə Raven-Rok sığınacağı yerləşir.
İqamətgah Vaşinqtondan avtomobillə iki saatlıq məsafədə və ya helikopterlə yarım saatlıq uçuş məsafəsində yerləşir.
Kemp-Devidi ABŞ-dakı orta təbəqə yaşayış məntəqələrindən fərqləndirən cəhət iqamətgahın hərbi obyektlərlə eyni səviyyədə mühafizə olunmasıdır. Ərazinin perimetri ikiqat hasarla əhatə olunub, nəzarət-iz zolağı ilə təchiz edilib. Mühafizə ABŞ Hərbi Dəniz Qüvvələri və dəniz piyadaları tərəfindən həyata keçirilir. İqamətgaha hökumət rabitə xətti çəkilib.
İqamətgah Franklin Ruzveltin prezidentliyi dövründə inşa edilmiş və əvvəlcə Şanqri-La adlandırılmışdı. Kemp-Devid adı bu şəhərdənkənar kompleksə Duayt Eyzenhauer tərəfindən nəvəsinin şərəfinə verilmişdir.
1978–1979-cu illərdən etibarən İsrail və Misir arasında imzalanmış eyniadlı sazişlərlə əlaqədar dünyada geniş tanınır.
İstifadəsi
1943-cü ilin mayında Franklin Ruzveltin Uinston Çörçill ilə görüşü keçirilmişdir. Duayt Eyzenhauer prezident kimi ilk hökumət iclasını burada keçirmişdir. Con Kennedi və ailəsi burada tez-tez at minir və digər əyləncə tədbirləri keçirirdilər.
Kütləvi mədəniyyətdə
«Olimpun süqutu» filmində hadisələr Kemp-Deviddə başlayır.
Kateqoriya:ABŞ-də siyasət Kateqoriya:ABŞ hökumətinin icra hakimiyyəti