III Fridrix Vilhelm (; ) — Saksen-Altenburq hersoqu.
12 iyul 1657-ci ildə Altenburqda dünyaya gəldi. Atası Saksen-Altenburq hersoqu II Fridrix Vilhelm, anası isə Saksoniya kürfürstü I Con Georqun qızı Maqdalena Sibilyadır. Böyük qardaşı Kristianın 1663-cü ildə vəfat etməsindən sonra taxtın yeganə varisi oldu və 1669-cu ildə atasının vəfatıyla taxta çıxdı. Ancaq hələ 12 yaşında idi və bu səbəblə, mülkləri naiblər tərəfindən idarə edildi.
1672-ci ildə Drezden səfərindən döndükdən qısa müddət sonra çiçək xəstəliyinə yoluxaraq vəfat etdi. Onun vəfatıyla Saksen-Altenburq ailəsinin kişi şəcərəsi sonlandı.
Mərhum əmisi İohann Filippin vəsiyyətinə əsasən, ailənin kişi şəcərəsi sonlandığı təqdirdə mülk onun qızı Yelizaveta Sofiyaya qalmalı idi. Beləcə, III Fridrix Vilhelmin ani vəfatının ardından Saksen-Altenburq taxt-tacı o əsnada Yelizaveta Sofiya ilə evli olan Saksen-Qota hersoqu I Ernestə qaldı.
Mənbə
Ədəbiyyat
August Beck: Friedrich Wilhelm II. (Herzog von Sachsen-Altenburg). In: Allgemeine Deutsche Biographie (ADB). Band 7, Duncker & Humblot, Leipzig 1877, S. 792–794
İstinadlar