Ernest (; ) — Saksen-Hildburqhauzen hersoqu.
Həyatı 12 iyun 1655-ci ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota və Saksen-Altenburq hersoqu I Ernest, anası isə Saksen-Altenburq hersoqu İohann Filippin qızı Yelizaveta Sofiyadır.
1675-ci ildə atasının vəfatının ardından yaşca böük qardaşı Frederik onun taxt-tacına sahibləndi. Ancaq saray ənənəsinə görə, digər 6 kiçik qardaşı da dövlət idarəsində iştirak etməli idi. İlk başda qardaşlarını uzaq tutmaq istəsə də, qardaşlar arasında yaranan ziddiyət səbəbilə ata mülkünü bölməyə qərar verdilər. 24 fevral 1680-ci ildə imzalanan şərtnaməyə görə, ata mülkü aşağıdakı formada parçalandı.
Frederik (Saksen-Qota-Altenburqda) Albert (Saksen-Koburqda) Bernhard (Saksen-Mayninqendə) Henri (Saksen-Römhilddə) Kristian (Saksen-Eisenberqdə) Ernest (Saksen-Hildburqhauzendə) İohann Ernest (Saksen-Koburq-Zaafelddə)
İlk iş olaraq gələcək varisləri üçün evlilik müzakirələrinə başladı. Nəticədə, 30 noyabr 1680-ci ildə Arolsendə Valdekli Sofiya Henretta ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
I Ernest Frederik (1681-1724) Sofiya Şarlotta (1682-1684) Sofiya Şarlotta (1685-1710) Karl Vilhelm (1686-1687) İosif Frederik (1702-1787)
Qardaşları V Albert və Henrinin vəfatlarının ardından parçalanan Saksen-Koburq və Saksen-Römhild mülklərindən bəzi torpaqları da öz idarəsinə aldı və beləcə, ata mülkünü genişləndirdi.
Süvari birlikləriylə birgə 1683-cü ildə Vyana müharibəsində, 1685-ci ildə Esterqom və Nove Zamki fəthlərində iştirak etdi. Ardından Hollandiya birliklərində polkovnik rütbəsinə yüksəldi.
Nant sülhünün ardından Fransadan sürgün edilən hugenotları 1710-cu ildə öz torpaqlarına qəbul etdi və onların burada məskunlaşmasına şərait yaratdı.
17 oktyabr 1715-ci ildə Hildburqhauzendə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.
Rudolf Armin Human, Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl, Die Herzoge von Sachsen-Altenburg, Bozen, 1917, Neudruck Altenburg, 1992. Johann Samuel Ersch, Allgemeine Encyclopädie der Wissenschaften und Künste, p. 300. (Digitalisat)
İstinadlar
Kateqoriya:XVII əsr zadəganları