II Ernest Bernhard Georq İohann Karl Fridrix Pyotr Albert (; ) — son Saksen-Altenburq hersoqu.
Həyatı 31 avqust 1871-ci ildə Altenburqda dünyaya gəldi. Atası Saksen-Altenburq hersoqu Georqun oğlu Moris Frans, anası isə Saksen-Mayninqen hersoqu II Bernhardın qızı Avqustadır. Doğulduğu əsnada əmisi I Ernest taxtda idi və onun şərəfinə adlandırıldı. Əmisinin oğul varisi yox idi və bu səbəblə, atasından sonra taxt sırlamasında ikinci yeri tutdu.
17 fevral 1898-ci ildə Şaumburqlu Adelaydla evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, 17 yanvar 1920-ci ildə boşandılar.
Şarlotta (1899-1989) Georq Moris (1900-1991) Yelizaveta Karola (1903-1991) Frederik Ernest (1905-1985)
Atasının 1907-ci ildə vəfatından sonra isə vəliəhd ünvanı aldı. 1908-ci ildə əmisi I Ernest vəfat etdi və taxta çıxdı.
Birinci Dünya müharibəsi illərində Alman kayzeri II Vilhelmi dəstəkləmədi. Alman ordusundakı bütün ünvan və rütbələrindən imtina etdi. 1916-cı ildə sağlamlıq problemlərini bəhanə edərək Altenburqa çəkildi.
Müharibənin ardından digər alman monarxiyaları kimi, Saksen-Altenburq hersoqluğu da ləğv edildi. 13 noyabr 1918-ci ildə II Ernest könüllü olaraq taxtdan çəkildiyini elan etdi. Ardından Berlinə köçdü və burada bir oteldə yaşamağa başladı.
15 iyul 1934-cü ildə uzunmüddətli məşuqəsi olan Mariya Tribellə evləndi. Bu monarxial evlilik deyildi və bu səbəblə, xanımı barona ünvanı almaqla kifayətləndi. Cütlüyün bu nigahdan övladı olmadı.
1 may 1937-ci ildə nasist partiyasına üzv oldu. İkinci Dünya müharibəsinin ardından Almaniya Demokratik Respublikasının vətəndaşlığını alan yeganə alman əsilzadəsi oldu.
22 mart 1955-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992
İstinadlar
Kateqoriya:Almanlar Kateqoriya:İnfanteriya generalları (Prussiya) Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar