Rasim Cəfər oğlu Cəfərov (12 fevral 1947, İsmayıllı, 9 noyabr 2020, Ankara) — azərbaycanlı cərrah-onkoloq, Azərbaycan Respublikasının əməkdar həkimi.
Milli Onkologiya Mərkəzində uzun illər şöbə müdiri və baş direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb, 2013-cü ildən həmin mərkəzin Ümumi Onkologiya şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərib.
Təhsili və ilkin fəaliyyəti Rasim Cəfərov 1965–1971-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. Həmin dövrdə universitet N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu adı ilə fəaliyyət göstərib.
R.Cəfərov Təhsilini başa vurduqdan sonra 1971–1972-ci illərdə Tibbi Sanitar Hissədə həkim-cərrah vəzifəsində işləyib.
В 1972-1974 illərdə Sovet Silahlı Qüvvələrində hərbi həkim kimi xidmət edib və sonra, 1974–1976-cı illərdə yenidən Tibbi Sanitar Hissədə həkim-cərrah kimi çalışıb.
Paralel olaraq o, 1972-ci ildə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçib. Bu müddətdə əldə etdiyi praktiki bilikləri onun sonrakı karyerasının istiqamətini müəyyən edib.
Rasim Cəfərov 1976–1978-ci illərdə Milli Onkologiya Mərkəzində klinik ordinatura keçib. Bu Mərkəzdə klinik ordinatura vasitəsilə Respublikanın praktik səhiyyəsi üçün ixtisaslı kadrlar hazırlanır.
Milli Onkologiya Mərkəzində fəaliyyəti Rasim Cəfərov 1979-cu ildən 1993-cü ilə qədər Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsinin müdiri olub. 1993–2013-cü illərdə mərkəzdə baş direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. Həmin dövrdə mərkəzə 1990-cı ildən baş direktor kimi Cəmil Əliyev rəhbərlik edib.
O, 2013-cü ildən 2020-ci ilə qədər Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Tibb elmləri namizədi Rasim Cəfərov 170-ə yaxın elmi işin, o cümlədən 2 monoqrafiyanın, 2 ixtiranın, 5 səmərələşdirici təklifin və 6 metodik tövsiyənin müəllifi olub.
R.Cəfərov MDB ölkələrində və xaricdə — Türkiyə, İtaliya, Avstriya, İspaniya, Almaniya, Polşa və digər ölkələrdə — keçirilən onkoloji konqreslərdə, simpoziumlarda və konfranslarda iştirak edib.
O profilaktika metodu ilə qadınlarda döş xərrcənginin qarşısının alınması və ya vaxtında tədbit görülməsi üzrə uğurlu təcrübələr əldə edib.
Vəfatı Rasim Cəfərov 2020-ci ildə Bakı şəhərində onkoloji xəstəlikdən vəfat edib.
Təltifləri və fəxri adları O, Elmi və praktik fəaliyyətindəki nailiyyətlərinə görə “Səhiyyə Əlaçısı” döş nişanı ilə və iki dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri diplomu” ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyun 2006-cı il tarixli 1513 nömrəli Sərəncamı ilə Cəfərov Rasim Cəfər oğlu “Azərbaycan Respublikasının Əməkdar Həkimi” fəxri adına layiq görülüb. “Əməkdar həkim” fəxri adı səhiyyə sahəsində xüsusi xidmətlərə görə verilir.
Həmçinin bax
Azərbaycan Respublikasının əməkdar həkimlərinin siyahısı Milli Onkologiya Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu
İstinadlar