Vorontsovka rayonu, Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18
Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir.
Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır. Rayonun Cücəkənd kəndində (Kəndin adı Cuci xanla bağlanılır) qədim oğuz tayfalarının adlarını xatırladan tayfa adları var: Əlləzlilər, Qaraqurbanlılar, sakatlar, qarakəllər, dəmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər və s.
1988 -ci ilə qədər azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qızılkilsə, Sarıyal, Molla Eyyublu, Cücəkənd, Soyuqbulaq, İlməzli, Qaraqala, Qaraisa, Dəmirçilər, Vorontsovka, Qurdqala.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiVorontsovkaKalinino03.03.1935QızılkilsəQızıldaş03.01.1935Molla EyyubluEvli...CücəkəndQızıl Şəfəq03.01.1935QarakilsəLernhovit25.01.1978QızqalaGetavan25.01.1978ŞahnəzərMedzavan25.01.1978
İstinadlar
Həmçinin bax
Soyuqbulaq qayaüstü təsvirləri Loru mahalı Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
Kateqoriya:Loru mahalı Kateqoriya:Vorontsovka rayonu Kateqoriya:1937-ci ildə yaranmış dövlətlər və ərazilər