Misen — Norveçin Östfold əyalətində yerləşən Eydsberq bələdiyyəsinin inzibati mərkəzi və şəhəridir.

Şəhər adını ərazisində salındığı qədim Misen fermasından alır. Fermanın qədim norveçcə adı Mysin (Mosvin sözündən) olub. Adın ilk hissəsi mosi — "bataqlıq, sulu ərazi", son hissəsi isə vin — "çəmənlik, otlaq" mənasını verir.

Tarixi

İkinci Dünya müharibəsi zamanı Misendə nasist konsentrasiya düşərgəsi fəaliyyət göstərib. Düşərgənin komendantlarından biri sonradan Osvensim məhkəməsində mühakimə olunaraq təqsirli bilinmiş Hans Aumeier olub.

Misenlə əlaqəli tanınmış şəxslər

Jan Qarbarek — musiqiçi Atle Ness — yazıçı Eva Röyne — psixoloq və yazıçı Brage Vastevik — qravitasiya dağ velosipedçisi

Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Norveç şəhərləri