Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir.

Ərazi thumb|250px|Kürdüstan ostanı Ostanın ərazisi 29.151 km² — dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.

Əhali

2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və BicarGovernment of Kurdistan Province (Persian) Bicar şəhristanında)Government of Kurdistan Province (Persian) QürvəGovernment of Kurdistan Province People and culture (English)Güney Azərbaycan Televizyonu :Azərbaycanın Hüdudları …Bu caddənin Şimal bölməsində, qısa fasiləyə qədər, Türk və Kürd kəndləri qonşu olsalarda, az fasilədən sonra təmamən Türkləşir. Hətta Sənəndəc-Bicar yolunda, Sənəndəcin təqribən 4 km-liyində yerləşən "Deh Golan" kəndindən, Türk kəndləri başlandığı kimi, həm "kamiyaran" həm də Kəngavər — Əsədabad arasından "Qürvəyə" ayrılan dağ yollarında da bu sıxlıq hakimdir, lurlarİranians people & Nations :Lur tribes , assuriyalılar və farslar da yaşayırlar .

Azərbaycan-Kürdüstan sərhəddi thumbnail|300px|Güney Azərbaycanla Kürdüstan sərhədi Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir.

Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin. Bu zaman Xəmsə vilayəti Azərbaycana tabe qalır və şahzadə nayib-əlsəltənə nəzəri altında işə başlayır (Qacarlar dönəmi Təbriz ikinci paytaxt kimi nayib-əlsəltənənin məkanıdı). Fətəli şahın ölümündən sonra Məhəmməd şah hökumətə və Mirzə ağası sədri-əzəmliyə çatır. Vəzir Məhəmməd Sadıq xan Gərüsinin ölümündən sonra 1260-cı qəməri ilində Gərüs vilayətin nayib-əlsəltənənin ixtiyarı altından çıxardır və hökumətin müstəqil edir ta şah və sədri-əzəm eliyə bilsin oranın hakimin rahatcasına əzl və nəsb edə bilsinlər.از بام ایران تا سرزمین طوفان / محمد کامیار . _ تهران : شرکت توسعه کتابخانه های ایران , 1380 . 366 ص . : مصور , نقشه , جدول , عکس .

1325-ci qəməri ilində İranın əyalət və vilayət qanunu (qanun-e iyalat və vilayat-e İran) milli məclisin təsvibindən keçdi və bu qanun əsasında İran 27 əyalət və vilayətə bölündü. Bu bölünmələr əsasında Gərus hələ də müstəqil bir vilayət kimi saxlanıldı. Milli hökumət Pişəvəri zamanında Gərusu ələ keçirməyə çalışsa da dövləti nirular önündə iş qabağa apara bilmədi və bu çalışma uğursuz oldu.

1316-cı şəmsi ilində Pəhləvilər ilk inzibati bölmələri (təqsimat-e siyasi) başlandı. Bu əsasda İran 10 ostan və 49 şəhristana bölündü. Bu bölmələr əsasında Gərus beşinci ostana verildi. Beşinci ostanda İlam, Kirmanşah, Bicar, Sənəndəc və Şahabad yerləşirdi. 1318-ci şəmsi ilində Azərbaycan ostanı iki yerə bölünən zaman (üçüncü və dördüncü ostan) Bicar Gərüs şəhristanı beşinci ostandan ayrıldı və batı Azərbaycan ostanına izafə olundu. 1325-ci şəmsi ilində Həmədan əyalətinə verildi və 1337-ci şəmsi ilində Həmədan əyalətindən ayrıldı və Kürdüstan ostanına verildi. Bu bölgə indi iki bölgəyə bölünməklə (Bicar və Qürvə) Kürdüstan əyaləti sınırlarında qalmaqdadır.از بام ایران تا سرزمین طوفان / محمد کامیار . _ تهران : شرکت توسعه کتابخانه های ایران , 1380 . 366 ص . : مصور , نقشه , جدول , عکس .چنلی بئل درگی سی، 3 — اونجو سای، باتی آزربایجان ین اوزل سایی

Kürdüstan ostanının şəhristanları thumb|300px|right Banə şəhristanı Bicar şəhristanı Sənəndəc şəhristanı Divandərə şəhristanı Sərvabad şəhristanı Səqez şəhristanı Qürvə şəhristanı Kamyaran şəhristanı Mərivan şəhristanı

Əhalisi Kürdüstan şəhristanlarının əhalisi 2006-cı il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən 1 440 156 nəfər olmuşdur. +2006-cı il siyahıya alması Şəhristanlar Əhalinin sayıGeoHive: Global Statistics:Administrative units of Kordestan province Sənəndəc şəhristanı 409,628 Saqqız şəhristanı 205,250 Qürvə şəhristanı 196,972 Mərivan şəhristanı 150,926 Banə şəhristanı 116,773 Kamyaran şəhristanı 104,704 Bicar şəhristanı 95,461 Divandərə şəhristanı 82,628 Sərvabad şəhristanı 77,814

İstinadlar

Xarici keçidlər Kurdistan Province

Kateqoriya:İran Kürdüstanı