Adderall dekstroamfetamin sulfat, dekstroamfetamin saxarat, amfetamin sulfat və amfetamin aspartat olan dörd amfetamin duzunu birləşdirən kombinasiyalı bir dərmandır. Adderall diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu və narkolepsiyanı müalicə etmək üçün istifadə olunur. Həmçinin atletik performans artırıcı və istirahət afrodiziak və eyforik kimi istifadə olunur. Fenetilamin sinfinə aid mərkəzi sinir sistemi stimulyatorudur. Duz tərkibinə əsasən, aktiv komponentlər 25% levoamfetamin duzları və 75% dekstroamfetamin duzlarından ibarətdir.
Təsir mexanizmi Adderallı təşkil edən iki amfetamin enantiomeri (yəni levoamfetamin və dekstroamfetamin) beyində neyrotransmitterlər olan norepinefrin və dopaminin aktivliyini artırmaqla narkolepsiya simptomlarını yüngülləşdirir. Dekstroamfetamin levoamfetamindən daha güclü mərkəzi sinir sistemi stimullaşdırıcısıdır, lakin levoamfetamin dekstroamfetamindən bir qədər güclü ürək-damar və periferik təsirlərə və daha uzun təsirə (yəni bədəndə daha uzun müddət qalmasına) malikdir. Adderallın levoamfetamin komponentinin bəzi fərdlərdə tək başına dekstroamfetaminlə müqayisədə müalicənin effektivliyini artırdığı bildirilir. 2013-cü ildə Adderall, 3 milyondan çox resept yazılmış ABŞ-da ən çox təyin edilən 200-cü dərman idi; 2020-ci ildə 22-ci (26 milyondan çox resept), 2021-ci ildə isə 24-cü (25 milyondan çox resept) oldu.
İstifadə Adderall diqqət çatışmazlığı hiperaktivlik pozğunluğunu və narkolepsiyanı (yuxu pozğunluğu) müalicə etmək üçün istifadə olunur. Amfetaminin kifayət qədər yüksək dozada uzun müddətli qəbulunun bəzi heyvan növlərində dopamin sisteminin anormal inkişafına və ya sinir zədələnməsinə səbəb olduğu məlumdur, lakin qeyd olunan problemləri olan insanlarda əczaçılıq amfetaminləri beyin inkişafını və sinir böyüməsini yaxşılaşdırır. Uzunmüddətli subyektlərdə maqnit rezonans görüntüləmə (MRT) tədqiqatlarının icmalları göstərir ki, uzunmüddətli amfetamin müalicəsi həmin insanlarda beyin strukturunda və funksiyasında anormallıqları azaldır və bazal qanqliyanın sağ kaudat nüvəsi kimi beynin bir neçə hissəsində funksiyanı yaxşılaşdırır.
Stimulyatorların klinik sınaqlarının icmalları müalicə üçün uzunmüddətli davamlı amfetamin istifadəsinin təhlükəsizliyini və effektivliyini müəyyən etmişdir. Bir araşdırmada uşaqlarda amfetamin əsaslı müalicənin doqquz aylıq randomizə edilmiş nəzarətli sınağı qeyd edildi və bu sınaqda IQ-da orta hesabla 4,5 bal artım, diqqətdə davamlı irəliləyişlər izlənilmiş və pozucu davranış, hiperaktivlikdə davamlı azalmalar aşkar edilmişdir.
Adderal ilə müalicə alan uşaqlar məktəbdə daha yaxşı nəticələr göstərir, impulsiv olur və daha uzun diqqət müddətinə malik olurlar. Turet sindromu olan uşaqlarda bu preparatın stimullaşdırıcı təsirləri ümumiyyətlə tikləri pisləşdirmədiyi, lakin yüksək dozada dekstroamfetamin bəzi insanlarda tikləri daha da pisləşdirə biləcəyi aşkar edilmişdir.
Doza həddinin aşılması Adderalın və ya amfetaminin həddindən artıq dozası bir çox fərqli simptomlara səbəb ola bilər, lakin müvafiq tibbi yardım ilə nadir hallarda ölümcül olur. Doza həddindən artıq qəbul edildikdə onun terapevtik xüsusiyyətləri azalır və amfetaminə qarşı dərman tolerantlığı yaranır, yəni dərman artıq mövcud simptomlara təsir etmir. Dozanın həddindən artıq qəbulu zamanı müşahidə edilən simptomlar bunlardır:
Ürək-damar – kardiogen şok, beyin qanaması, qan dövranı sisteminin qismən və ya tam pozulması Mərkəzi sinir sistemi – qeyri-adi sürətli reflekslər, titrəmə, psixoz Əzələ-skelet sistemi – əzələ ağrısı, sürətli əzələ parçalanması Tənəffüs – ağciyər ödemi, hipertenziyası Sidik – sidik tutma, böyrək çatışmazlığı və sidik istehsalının dayanması Digər – hiperpireksiya (bədən istiliyinin yüksəlməsi), midriaz (göz bəbəklərinin genişlənməsi), metobolik asidoz
Ölümcül amfetamin zəhərlənməsi adətən konvulsiyalar və koma ilə də müşayiət olunur. 2013-cü ildə amfetamin, metamfetamin həddindən artıq dozası dünyada təxminən 3788 ölümlə nəticələnib.
Hüquqi status
Kanadada amfetaminlər nəzarət edilən narkotiklər və maddələr qanununun 1-ci cədvəlindədir və yalnız reseptlə əldə edilə bilər. Yaponiyada amfetamin tərkibli istənilən dərmanın istifadəsi, istehsalı və idxalı qadağandır. Cənubi Koreyada amfetaminlər qadağandır. Tayvanda adderall da daxil olmaqla amfetaminlər, saxlama üçün minimum beş illik həbs cəzası nəzərdə tutan 2-ci Cədvəl narkotikləridir. Tailandda amfetaminlər 1-ci tip narkotik maddələr kimi təsnif edilir. Birləşmiş Krallıqda amfetaminlər B sinif narkotik maddələr hesab olunur. İcazəsiz saxlama üçün maksimum cəza beş il həbs və məhdudiyyətsiz cərimədir. Qanunsuz təchizat üçün maksimum cəza 14 il həbs və məhdudiyyətsiz cərimədir. Amerika Birləşmiş Ştatlarında amfetamin mərkəzi sinir sisteminin stimullaşdırıcısı kimi təsnif edilən resept əsasında satılan dərmandır. Beynəlxalq səviyyədə amfetamin Psixotrop maddələr haqqında Konvensiyanın 2-ci cədvəlindədir. Azərbaycanda amfetaminlərin idxalı, istehsalı və istifadəsi qadağandır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Psixoaktiv maddələr Kateqoriya:Psixoaktiv maddələrin sosial aspektləri