Əbu İshaq Əz-Zəccac (; ) — Hənbəli məzhəbinə məbsub olan dilçi, ədəbiyyatşünas və təfsir alimi. O, Bağdad şəhərində Bəsrə qrammatika məktəbinin inkişafına şərait yaratmış və bu sayədə məşhurlaşmışdır.

Bioqrafiyası 844 və ya 855-ci ildə Bağdad şəhərində anadan olub və 923-cü ildə Bağdad şəhərində də vəfat edib.

O, Sələbə və Mübərrədə tələbəlik edib.

Əbu Əli əl-Farisi (İbn Cinninin müəllimi), İbn əs-Sərrac, Qasım ibn Ubeydullah (Abbasi vəziri Ubeydullah ibn Süleymanın oğlu), Nəhhas, Qali, Məhəmməd ibn Əhməd əl-Əzhəri, Həsən ibn Bişr əl-Amidi və başqaları ona tələbəlik edib. Əbu Bəkr ibn Sirac, Qazı Əbu Səid Sirafi və Əli ibn Abdullah ibn Muğirə əl-Cövhəri isə onun ən məşhur tələbələridir.

Əbu İshaq əz-Zəccacın "Məanil-Quran", "Təfsiru əsmaillahil-hüsna", "Fəaltü və əfaltü" və başqa əsərləri vardır.

Həmçinin bax Kufə dilçilik məktəbi

İstinadlar

Kateqoriya:Hənbəlilər Kateqoriya:Ərəbşünaslar Kateqoriya:Hədis alimləri Kateqoriya:X əsr filosofları Kateqoriya:X əsr müsəlmanları Kateqoriya:İslam tarixçiləri