Qustav Noske () — Sosial Demokrat Partiyasının (SPD) alman siyasətçisi. 1919–1920-ci illərdə Veymar Respublikasının ilk müdafiə naziri () kimi xidmət etmişdir. Noske 1919-cu ildəki sosialist/kommunist üsyanlarını yatırmaq üçün ordudan və paramilitar qüvvələrdən (Fraykor) istifadə etməsi ilə tanınır.

Noske 1920-ci ildən etibarən Hannover vilayətinin qubernatoru () olmuşdur. Zaman keçdikcə daha mühafizəkar baxışlara keçən Noske, 1925 və 1932-ci il Almaniya prezident seçkilərində Paul fon Hindenburqu dəstəkləmişdir. Lakin Sosial Demokrat olduğu üçün əvvəlcə 1933-cü ilin yazında vəzifəsindən kənarlaşdırılmış, oktyabrın 1-də isə Nasist hökuməti tərəfindən rəsmən azad edilmişdir. Bundan sonra Noske Frankfurta köçmüşdür. 22 iyul 1944-cü ildə Adolf Hitlerə qarşı təşkil olunan 20 iyul sui-qəsd cəhdində əlinin olması şübhəsi ilə Gestapo tərəfindən həbs olunmuş və Ravensbrük həbs düşərgəsinə göndərilmişdir. Adi həbsxanaya köçürülməzdən əvvəl düşərgələrdə yeddi ay keçirmişdir. Noske 22 aprel 1945-ci ildə Müttəfiq qoşunlarının irəliləməsi sayəsində Berlindəki Gestapo həbsxanasından azad edilmişdir.

30 noyabr 1946-cı ildə Amerika Birləşmiş Ştatlarına mühazirə turuna hazırlaşarkən Hannoverdə iflic keçirərək vəfat etmişdir. Hannoverdəki Stadtfriedhof Engesohde qəbiristanlığında dəfn olunmuşdur.

İstinadlar

Xarici keçidlər

THE POLITICAL CAREER OF GUSTAV NOSKE BY WILLIAM GRANT RATLIFF, B.A. A THESIS IN HISTORY, Accepted August, 1980

Kateqoriya:Almaniya antikommunistləri Kateqoriya:Almaniya hərbçiləri Kateqoriya:Almaniya xristianları Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:Almaniya nazirləri Kateqoriya:Almaniya sosial-demokratları Kateqoriya:Almanlar Kateqoriya:Antikommunistlər Kateqoriya:Siyasi ədəbiyyat Kateqoriya:Brandenburq şəxsləri Kateqoriya:Veymar Respublikası Kateqoriya:Siyasi yazıçılar