Fridrix Vilhelm Raynhold Pik (; ) — alman kommunist, inqilabi hərəkat xadimi, Almaniya Demokratik Respublikasının (ADR) ilk və yeganə prezidenti (1949–1960). O, Almaniya Sosial-Demokrat Partiyası (ASDP), Spartak İttifaqı, Almaniya Kommunist Partiyası (AKP) və Almaniya Yeganə Sosialist Partiyasının (AYSP) rəhbər xadimlərindən biri olmuşdur.
Həyatı və ilk siyasi fəaliyyəti
Vilhelm Pik 3 yanvar 1876-cı ildə Quben şəhərində (hazırda Polşa və Almaniya arasında bölünmüşdür) fəhlə ailəsində anadan olmuşdur. Peşə təhsili alaraq xarratlıq etmiş, 1894-cü ildə Ağac Emalı Fəhlələri Həmkarlar İttifaqına, 1895-ci ildə isə Almaniya Sosial-Demokrat Partiyasına üzv olmuşdur.
1907–1908-ci illərdə ASDP-nin partiya məktəbində təhsil almış, burada Roza Lüksemburq və Karl Libknext ilə tanış olaraq partiyanın sol cinahına qoşulmuşdur. Birinci Dünya müharibəsi dövründə antimilitarist mövqe tutduğuna görə həbs edilmiş, hərbi tribunal tərəfindən mühakimə olunsa da, məhkəmədən əvvəl qaçaraq Niderlanda mühacirət etmişdir.
İnqilab və Kommunist Partiyasının yaradılması
1918-ci ilin noyabrındakı noyabr inqilabı zamanı Berlində rəhbər inqilabi fəaliyyət göstərmiş, Spartak İttifaqının Mərkəzi Komitəsinin tərkibinə daxil olmuşdur. 1918-ci ilin dekabrında keçirilən qurultayda Almaniya Kommunist Partiyasının (AKP) təsisçilərindən biri və Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
1919-cu ilin yanvarında Spartakçılar üsyanı yatırıldıqdan sonra Roza Lüksemburq və Karl Libkxneht ilə bərabər həbs edilmiş, lakin möcüzə nəticəsində sağ qalaraq qaçmağı bacarmışdır. 1921-ci ildən Prussiya Landtaqının, 1928-ci ildən isə Reyxstaqın deputatı olmuşdur. Həmçinin 1928-ci ildən Komintern İcraiyyə Komitəsinin rəyasət heyətinin üzvü seçilmişdir.
Mühacirət və Antifaşist mübarizə
1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra Pik təqib olunaraq əvvəlcə Fransaya, daha sonra Moskvaya mühacirət etmişdir. İkinci Dünya müharibəsi illərində SSRİ-də yaradılmış "Azad Almaniya" Milli Komitəsinin təsisçilərindən biri kimi alman əsirləri arasında antifaşist təbliğatına rəhbərlik etmişdir.
ADR Prezidenti kimi fəaliyyəti
1945-ci ildə Sovet işğal zonasına qayıdan Pik, 1946-cı ildə AKP və ASDP-nin birləşməsi nəticəsində yaranan Almaniya Yeganə Sosialist Partiyasının (AYSP) Otto Qrotevol ilə bərabər həmsədri olmuşdur.
11 oktyabr 1949-cu ildə yeni yaradılmış Almaniya Demokratik Respublikasının ilk Prezidenti seçilmişdir. Bu vəzifəni ömrünün sonunadək icra etmişdir. 7 sentyabr 1960-cı ildə Şərqi Berlində vəfat etdikdən sonra ADR-də prezident postu ləğv olunmuş, əvəzinə Dövlət Şurası təsis edilmişdir.
Həmçinin bax
Almaniya Demokratik Respublikası Spartak İttifaqı Karl Libknext Leo Yoxiqes Frans Merinq
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
"Transfer of Julian Marchlewski's urn to the Berlin-Friedrichsfelde Cemetery on 5 April 1925. On the left of the hearse (from front to back): Wilhelm Pieck, Ernst Thälmann, Hugo Eberlein, Ernst Meyer; beside Ernst Thälmann: Ernst Schneller" in Ernst Thälmann: Eine Biographie (1980) and Ernst Thälmann (1986) "Ernst Thälmann and Wilhelm Pieck at the 11th Party Congress of the KPD in Essen, March 1927" in Ernst Thälmann (1986) "7th Congress of the Comintern, 25 July – 20 August 1935. On the Presidium (from left to right): Klement Gottwald, Wilhelm Pieck, Raimond Guyot, Maurice Thorez, Earl Browder, Henri Barbusse, and André Marty" in Ernst Thälmann (1986) Portrait of Pieck in Ernst Thälmann: Eine Biographie (1980) and Ernst Thälmann (1986) Alternate portrait of Pieck in Ernst Thälmann (1986)
Kateqoriya:ADR siyasətçiləri Kateqoriya:Almaniya kommunistləri Kateqoriya:Almaniya prezidentləri Kateqoriya:Almaniya sosial-demokratları Kateqoriya:Almanlar Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Quben şəxsləri Kateqoriya:Brandenburq şəxsləri