1830-1831-ci illər Polşa üsyanı, həmçinin Noyabr üsyanı və ya 1830-1831-ci illər Rus-Polşa müharibəsi kimi də tanınır, Polşa Krallığında, Şimal-Qərb diyarında və Sağ Sahil Ukraynasında Rusiya hakimiyyətinə qarşı üsyan idi. Bu üsyan mərkəzi Rusiyada sözdə "vəba iğtişaşları" ilə eyni vaxtda baş verdi.
Bu üsyan 29 noyabr 1830-cu ildə başladı və 21 oktyabr 1831-ci ilə qədər 1772-ci il sərhədləri daxilində - yəni təkcə Polşa ərazilərində deyil, həm də belaruslar və ukraynalıların, eləcə də litvalılar və yəhudilərin yaşadığı ərazilərdə müstəqil "tarixi Polşa-Litva Birliyi"ni bərpa etmək şüarı altında davam etdi.
Üsyana hazırlıq 1830-cu ilin iyul ayında Fransada baş vermiş inqilab polyaklar arasında böyük həyəcan və narazılıq yaratdı. Avqustun 12-də dərhal üsyana başlamaq məsələsinin müzakirə olunduğu bir yığıncaq keçirildi. Lakin yüksək rütbəli hərbçilərdən birini öz tərəflərinə çəkmək lazım olduğundan, çıxışın təxirə salınması qərara alındı. Nəhayət, sui-qəsdçilər generallar Xlopitskini, Krukovetskini və Şembeki öz tərəflərinə çəkməyə nail oldular. Hərəkat demək olar ki, bütün ordu zabitlərini, şlyaxtanı (polyak zadəganlarını), qadınları, sənətkar sexlərini və tələbələri əhatə etdi. Vısotskinin planı qəbul edildi. Bu plana əsasən, üsyanın başlanması üçün siqnal Konstantin Pavloviçin öldürülməsi və rus qoşunlarının kazarmalarının ələ keçirilməsi olmalı idi. Çıxışın oktyabrın 26-da başlanması nəzərdə tutulmuşdu. Oktyabrın ilk günlərində küçələrə vərəqələr yapışdırıldı. Varşavadakı Belveder sarayının (Polşanın canişini olmuş böyük knyaz Konstantin Pavloviçin iqamətgahının) yeni ildən etibarən kirayəyə veriləcəyi barədə elan yayıldı. Lakin böyük knyaz həyat yoldaşı, polyak əsilli knyaginya Lovıç tərəfindən təhlükə barədə xəbərdar edilmişdi və Belveder sarayını tərk etmirdi. Üsyanın başlanması üçün son tarix noyabrın 29-u müəyyən edildi. Sui-qəsdçilərin təxminən 10 min əsgəri var idi. Onlara qarşı isə təxminən 7 min rus əsgəri dayanırdı. Bununla belə, rus qoşunlarının bir çox əsgəri keçmiş Polşa torpaqlarında doğulmuşdu.
"Noyabr gecəsi" Noyabrın 29-da axşam düşərkən silahlanmış tələbələr Lazenkov meşəsində toplaşdılar, kazarmalarda isə alaylar silahlanırdı. Axşam saat 6-da P. Vısotski yunkerlərin kazarmasına daxil olaraq ucadan dedi: «Qardaşlar, azadlıq saatı yetişdi!» Ona cavab olaraq hamı «Yaşasın Polşa!» deyə qışqırdı. Vısotski 150 yunkerə başçılıq edərək qvardiya ulanlarının kazarmasına hücum etdi. Bu zaman 14 sui-qəsdçi Belveder sarayına doğru hərəkət etdi. Lakin onlar saraya soxulduqda, baş polis rəisi Lyubovitski həyəcan siqnalı verdi və Konstantin Pavloviç qaçaraq gizlənməyə macal tapdı. Bununla belə, bu uğursuzluq hadisələrin sonrakı gedişinə təsir göstərmədi. Çünki Konstantin Pavloviç əlindəki qüvvələrin köməyi ilə üsyançılara qətiyyətli müqavimət təşkil etmək əvəzinə, polyaklara rəğbət bəsləyir və onlara qarşı ümumiyyətlə hərbi müqavimət göstərməməyin daha yaxşı olacağını düşünürdü.
Vısotskinin ulanların kazarmasına hücumu da uğursuz oldu. Lakin az sonra onun köməyinə 2 min tələbə və bir qrup fəhlə gəldi. Üsyançılar rus çarına sədaqətini qoruyub saxlayan altı polyak generalını, o cümlədən hərbi nazir Qaukeni öldürdülər. Üsyançılar silah-sursat anbarını — Arsenalı ələ keçirdilər. Bunun üçün anbarı qoruyan rus Volın alayının batalyonları ilə döyüşmək lazım gəldi. Xalq silahlandı və bu, hərbi sui-qəsdin həqiqi ümumxalq kütləvi üsyanına çevrilməsində həlledici rol oynadı.
Rus alayları öz kazarmalarında mühasirəyə alındı. Heç bir yerdən əmr almadıqları üçün onların döyüş ruhu sarsılmışdı. Polyak alaylarının əksəriyyəti tərəddüd edirdi, çünki komandirləri onları hərəkətə keçməkdən çəkindirirdilər. Qvardiya atlı yeger alayının komandiri F. Jimirskinin hətta öz alayını Krakov ətrafındakı döyüşlərdə üsyançılara qarşı vuruşmağa məcbur etdiyi də oldu. Daha sonra o, alayı ilə birlikdə Varşavanı gecə tərk edən Konstantinə qoşuldu.
Konstantin rus alaylarını öz yanına çağırdı və gecə saat ikiyə qədər rus qoşunları Varşavanı tərk etdilər. Bundan sonra üsyan bütün Polşanı bürüdü.
Konstantin öz passivliyini izah edərkən belə deyirdi: «Mən bu Polşa çəkişməsində iştirak etmək istəmirəm». Bununla o, baş verən hadisələri yalnız polyaklarla onların kralı Nikolay arasında gedən münaqişə hesab etdiyini nəzərdə tuturdu. Sonralar, müharibə zamanı da o, nümayişkaranə şəkildə polyaklara rəğbətini bildirirdi.
Polşa hökumətinin nümayəndələri — İnzibati Şuranın üzvləri onunla danışıqlara başladılar. Danışıqların nəticəsində Konstantin yanında olan polyak qoşunlarını sərbəst buraxmağa, Litva korpusunun qoşunlarını öz yanına çağırmamağa və Vislanın o biri sahilinə çəkilməyə razılaşdı. Polyaklar isə onu narahat etməyəcəklərinə və ərzaqla təmin edəcəklərinə söz verdilər.
Konstantin yalnız Vislanın o biri sahilinə çəkilməklə kifayətlənmədi, həm də Polşa Krallığının ərazisini tamamilə tərk etdi. Modlin və Zamostye qalaları polyaklara döyüşsüz təhvil verildi və Rusiya imperiyasının qoşunları Polşa Krallığının ərazisindən çıxdılar.
Müharibənin sonu Krukovetskinin ordusunun qalıqları çaşqınlıq içində Plotsk şəhərinə doğru geri çəkildi. Polşa ordusunun kapitulyasiyadan imtina etdiyini öyrənən Paskeviç danışıqlar aparmaq üçün Berqi Modlinə göndərdi. Bununla o, Rozenə və Ridigerə Ramorino və Rojnetski ilə mübarizəni başa çatdırmaq üçün vaxt qazandırmaq istəyirdi. D. Ramorino Malaхovskinin Polşanın əsas ordusuna qoşulmaq barədə əmrinin əksinə olaraq, Vislanın yuxarı axını istiqamətinə çəkildi. Ridigerin qoşunları tərəfindən Qalitsiyaya sıxışdırılan Ramorino avstriyalılara təslim oldu. Rojnetski Krakov azad şəhərinə çəkildi. Rıbinskinin komandanlığı altında olan 20 min nəfərlik əsas ordunun qalıqları oktyabrın əvvəllərində Prussiyaya keçdi və orada tərksilah edildi. Yalnız Modlin və Zamostye qalalarının qarnizonları müqavimət göstərməkdə davam edirdi. Onların ümumi sayı təxminən 10 min nəfər idi. Modlin oktyabrın 8-də, Zamostye isə oktyabrın 21-də təslim oldu.
Ədəbiyyat siyahısı Берг Н. В. Польское восстание 1830 и 1863 гг. восстание // Русская старина, 1879. Берг Н. В. Записки Н. В. Берга о польских заговорах и восстаниях после 1831 года // Русский архив, 1870. — Изд. 2-е. — М., 1871. — Стб. 1821—1928. , То же — Стб. 201—268. , То же — Стб. 431—502., То же. — Стб. 631—674. Гиллер Агатон. «Historya powstania narodu polskiego», 1867—1871. Лебедев, «Последняя Польское восстание 1830 и 1863 гг. смута» (ib., 1874, т. ΧΙ, 1875, т. XII); Павлищев, «Седмицы Польское восстание 1830 и 1863 гг. мятежа» (СПб., 1887); «Виленские очерки» (ib., 1883, т. LX, 1884, т. LXI); «Записки Муравьёва» (ib., 1882, 1883 и 1884) Переписка епископа-князя Гедройца с гр. Д. Н. Блудовым и другими лицами во время польского мятежа 1831 года // Русский архив, 1869. — Вып. 9. — Стб. 1485—1542. Пузыревский А. К. Польско-русская война 1831 года. СПб., 1886 Пузыревский А. К.. Польско-русская война 1831 года. Изд. 2-е. Т. 1—2. — СПб., 1890 Смитт, Фридрих фон История Польского восстания и войны 1830 и 1831 годов; Переведено с нем. гвардии штабс-капитаном Квитницким. — СПб.: Тип. В. Спиридонова и К°, 1863—1864. — 3 т. Сорокин Р. М. Н. Муравьёв в Литве. 1831 г. // Русская старина, 1873. — Т. 8 — № 7. — С. 114—118. Сулима Н. С. Командиру 2-го пехотного корпуса г. генералу от кавалерии и кавалеру барону Крейцу, начальника 5-й пехотной дивизии генерал-лейтенанта и кавалера Сулима, рапорт. Январь 1832 г. / Сообщ. С. Н. Сулима // Русская старина, 1874. — Т. 11. — № 9. — С, 180—181. Устимович, «Заговоры и покушения на жизнь наместника гр. Берга» (Варшава, 1870; в прилож. помещены сведения о конспиративных кружках и обществах). Луферчик Е. Г. Власть и общество во время русско-польского политического кризиса 1828—1832 гг. / Е. Г. Луферчик // Научные стремления — 2011: сб. материалов Междунар. науч.-практ. конф. молодых учёных, Минск, 14-18 ноября 2011 г.: в 2 т. / Совет молодых учёных НАН Беларуси; ред. группа: К. С. Бредихина [и др.]. — Минск: Белорус. наука, 2011. — Т. 2. — С. 70-73.
Kateqoriya:XIX əsrin üsyanları Kateqoriya:1831-ci ildəki münaqişələr Kateqoriya:Polşanın müharibələri Kateqoriya:Rusiya imperiyasının müharibələri