İbn Malik (; ) və ya İbn Malik ət-Tai () — Qrammatik, leksikoqraf və qiraət alimi.
Ərəbcə incəliklərini dərindən öyrənmək üçün böyük səy göstərən İbn Malik, şöhrəti Sibəveyhini belə arxada qoymuş görkəmli dil alimlərindən biri idi. O, ərəb dili və qrammatikası ilə yanaşı, leksika və qiraət sahələtində də böyük nüfuz sahibi idi. Onun qrammatika və leksika ilə bağlı məsələləri izah edərkən gətirdiyi şeir nümunələri alimlər tərəfindən yüksək qiymətləndirilirmişdir. Qrammatik məsələlərin izahında Qurandan sonra hədislərə ilk dəfə geniş və sistemli şəkildə müraciət etməsi ərəb dili qrammatikasında yeni bir mərhələnin başlanmasına səbəb olmuşdur.
Həyatı İbn Malik Cəyyanda (indiki Xaen) anadan olub. Doğum tarixi haqqında mənbələrdə 1202-ci, 1204-cü, 1205-ci və 1206-cı il kimi fərqli tarixlər qeyd edilir. Bənu Təyy qəbiləsinə mənsub olduğu üçün nisbəsi "ət-Tai"dir. Onun Əbu Abdillah künyəsi, ləqəbləri isə "Cəmaləddin" və "Nəhvi"dir. İbn Malik ilk vaxtlar maliki olsa da, sonradan şafii məzhəbini mənmsəmişdir.
O, doğulduğu Cəyyanda Sabit ibn Xiyar, Əbu Rəzin əl-Külai, Əbül-Abbas Əhməd ibn Nüvvar və başqalrından dilçilik və qiraət öyrənmişdir. Bir müddət sonra sonra Şərqə yollanmış və Dəməşqdə Ələməddin əs-Səxavi, Əbül-Fəzl Mükərrəm, Əbu Saiq Həsən ibn Səbbah və Cəmaləddin ibn əl-Həcibdən təhsil almışdır. İbn Malik Hələbə də yollanmış və burada Əbül-Bəqa ibn Yəiş və İbn Əmrunun dərslərində iştirak etmişdir. Lakin onun Dəməşqdən əvvəlmi, yoxsa Dəməşqədn sonramı Hələbə getməsi haqqında müxtəlif iddialar vardır. Bu məsələdə dəqiq məlum olan odur ki, İbn Malik hicri 632-ci ildən əvvəl Dəməşqə getmişdir. Belə ki, onun müəllimi Əbu Sadiq ibn Səbbah həmin ildə vəfat etmişdir. İbn Malikin ondan təhsil alması üçün də bu tarixdən əvvəl Dəməşqdə olması zəruridir.
Təhsilini tamamladıqdan sonra Suriyadakı mədrəslərdə müəllim işləmiş, tələbə yetişdirmişdir. İbn ən-Nazim ləqəbli oğlu Bədrəddin Məhəmməd, İbn Cəmaa, Əbu Zəkəriyya ən-Nəvəvi, Əbül-Hüseyn Əli ibn Məhəmməd əl-Yunini və Bahaəddin ibn ən-Nəhhas onun yetirmələrindəndir.
İbn Malik 21 fevral 1274-cü ildə Dəməşqdə vəfat etmişdir.
Əsərləri İbn Malikin qələmə aldığı əsərlərdən bəziləri bunlardır:
Əl-Əlfiyyə. Ən məşhur əsəri. İbn Malik bu əsəri Həmada olarkən qələmə almışdır. Təshilül-Fəvaid və təkmilül-Məqasid. Əl-Kafiyətüş-Şafiyə. İkmalül-İləm bi-təslisil-kəlam. Lamiyyətül-əfəl.
İstinadlar Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ərəb yazıçılar