Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, ; ) — SSRİ və Rusiya aktyoru, SSRİ xalq artisti (1973).
Həyatı Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu. thumb|left|Yuri Nikulinin rəsmi olan poçt markası Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirmişdi.
1949-cu ildə Y. V. Nikulin Tatyana Pokrovskaya ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlir.
Yaradıcılığı thumb|250px|"Brilyant əl" filmindən səhnə. Yuri Nikulin və Andrey Mironov İçərişəhər Cümə məscidinin fonunda. Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradır. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Qocalar, quldurlar" və s. filmlər var.
Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırmışdı. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdırКино: Энциклопедический словарь / С.И.Юткевич. — Москва: Советская энциклопедия, 1987. — С. 299. — 640 с. — 100 000 экз..
Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat etmişdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1958 Gitaralı qız Девушка с гитарой pirotexnik1961 Köpək Barbos və qeyri-adi qaçış Пёс Барбос и необычный кросс Axmaq1961 Heç yerdən olmayan adam Человек ниоткуда milis1961 Ağaclar hündür olanda Когда деревья были большими Kuzma Kuzmiç İordanov1961 Dostum Kolka! Друг мой, Колька! Vasya1961 Araq çəkənlər Самогонщики Axmaq1961 İnadkarın ram edilməsi Укрощение строптивой oğlanlardan ibarət kilsə xorunun rəhbəri1962 İşgüzar adamlar Деловые люди oğru1962 Qorxusuz və qınaqsız Без страха и упрёка sirkdəki kloun1963 Böyük fitil Большой фитиль Petya1964 Yanıma gəl, Muxtar! Ко мне, Мухтар! kiçik leytenant Qlazıçev1965 "I" əməliyyatı və Şurikin başqa macəraları Операция "Ы" и другие приключения Шурика Axmaq1965 Şikayət kitabını verin Дайте жалобную книгу geyim mağazasının satıcısı1966 Balaca qaçaq epizodik rol1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика Axmaq1966 Andrey Rublyov Андрей Рублёв rahib1968 Brilyant əl Бриллиантовая рука Semyon Semyonoviç Qorbunkov1968 Yeddi qoca və bir qız Семь стариков и одна девушка Axmaq1970 Denisin söhbətləri Денискины рассказы Denisin qonşusu1971 Qocalar-quldurlar Старики-разбойники Nikolay Sergeyeviç Myaçikov1971 Teleqram Телеграмма Fyodor Fyodoroviç1971 12 stul 12 стульев Tixon1972 Nöqtə, nöqtə, vergül Точка, точка, запятая Lyoşanın atası1975 Onlar vətən uğrunda döyüşürdülər Они сражались за Родину sıravi Nekrasov1976 İyirmi gün müharibəsiz Двадцать дней без войны mayor Vasili Nikolayeviç Lopatin1982 Böyümək istəmirəm Не хочу быть взрослым televiziyadakı kloun1983 Müqəvva Чучело Nikolay Nikolayeviç Bessolsev1991 Kapitan Krokus və balaca sui-qəsdçilərin sirri Капитан Крокус и тайна маленьких заговорщиков müəllif mətninin ifaçısı
İstinadlar .
Xarici keçidlər
"Heç vaxt alçaq insanlardan qisas almayın" — Yuri Nikulin
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya rejissorları Kateqoriya:SSRİ rejissorları Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:SSRİ baş çavuşları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları