Meklenburqlu Mariya (; ) — Danimarka kralı IV Valdemarın nəvəsi, Pomeraniya hersoginyası.

1363-cü ildə doğuldu. Atası Meklenburq hersoqu II Albertin oğlu 13 yaşlı Henri, anası isə Danimarka kralı IV Valdemarın qızı şahzadə İngeborqdur. Doğulduğu il dayısı vəliəhd-şahzadə Kristofer vəfat etdi və anası Danimarka taxt-tacının varisi oldu. Anasının 1370-ci ildə vəfatından sonra isə bu taxt hüququ 7 yaşlı Mariyaya keçdi.

Ancaq 1375-ci ildə babası IV Valdemar geridə varisini seçmədən vəfat etdi. Saray ənənəsinə görə, Mariya güclü taxt hüququna malik olsa da, Danimarkada kral zadəganların seçimiylə təyin olunurdu. Üstəlik, xalası Marqarita saray daxilində güclü nüfuza sahib idi. Beləcə, öz oğlu Olafı Danimarka taxtına çıxardı.

1380-ci ildə Pomeraniya hersoqu VII Vratislavla evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Boqislav, sonradan Erik adını aldı (1382-1459) Yekaterina (1390-1426)

Xalası oğlu Olaf 1387-ci ildə vəfat etdi və bu dəfə də xalası I Marqarita adıyla taxt-taca sahibləndi. Ancaq xalası dul qalmışdı və geridə başqa övladı yox idi. Bu səbəblə, ən yaxını olan bacısı Mariyanı varisi elan etdi. Üstəlik ərinin 1395-ci ildəki vəfatından sonra oğlu Boqislav xalası tərəfindən övladlığa götürüldü və adı Erik olaraq dəyişdirildi.

Ancaq oğlunun taxta çıxmasını görə bilmədi və 1402-ci ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Our Family History and Ancestry. Ingeborg Valdemarsdatter, Prinsesse of Denmark Kateqoriya:Danimarka kral ailələri Kateqoriya:Meklenburq sülaləsi