Milan papirusuNow P. Mil. Vogl. VIII 309. — Ptolomeylar sülaləsinin hakimiyyəti dövründə, e.ə. III əsrin sonu və ya II əsrin əvvəllərində İsgəndəriyyə şəhərində üzərində yazılar yazılmış papirus rulonu. Bu, Pellalı Posidippin (təqribən e.ə. 270-ci il) yunan poeziyasının nümunələrini ehtiva edir. Papirus hazırda Milan Universitetində saxlanılır (inventar nömrəsi: 1295 R) və elmi ədəbiyyatda həmçinin "P.Mil.Vogl. VIII 309" işarəsi ilə tanınır.
Tarixi Əvvəlcə anonim məzar qarətçiləri tərəfindən mumiya büküyünün tərkibində aşkar edilmiş bu papirus 1992-ci ildə Avropanın papirus "boz bazarı"nda Milan Universiteti tərəfindən satın alınmışdır.Bulletin of the American Society of Papyrologists 39 (2002) p.165
Yunan poeziya kitabının dövrümüzə gəlib çatan ən qədim nümunəsi, həmçinin uzun illər ərzində klassik yunan poeziyası korpusuna edilən ən böyük əlavə olaraq, onun kəşf edilməsi "The New York Times"New York Times, 26 November 2002, “A mummy bequeaths poems from a master” və "National Geographic"National Geographic News, 1 October 2002, “Mummy scroll” nəşrlərində işıqlandırılmışdır.
"Milan papirusu" adlandırılan bu əsər 2001-ci ildə Quido Bastianini, Klaudio Qallassi və Colin Ostinin redaktorluğu ilə, digər alimlərin də töhfələri ilə elmi nəşrdə dərc olunmuşdur. Nəşrə papirusun ön tərəfinin tam transkripsiyası, şərhlər və bütün rulonun yüksək keyfiyyətli faksimilələri daxil edilmişdir. 2002-ci ildə Ostin və Bastianini italyan və ingilis dillərinə tərcümələrlə birlikdə papirusun epiqramlarını, İoann Tsets vasitəsilə məlum olan epiqramları və Palatin antologiyası tərəfindən ötürülən digər epiqramları əhatə edən hərtərəfli, daha kiçik bir nəşri — "Posidippi Pellaei quae supersunt omnia" ("Pellalı Posidippinn dövrümüzə gəlib çatan bütün əsərləri") kitabını nəşr etdirmişdilər.The editio minor.
Alimlər ellinistik mədəniyyətin əsas mərkəzində yaradılmış bu yeni ədəbi mənbəni araşdırmağa böyük maraq göstərmişdirlər.Leiden University: on-line bibliography of Posidippus: see especially 2001 onwards Rulonla bağlı akademik müzakirələrə 2001-ci ilin yanvarındaBing, Peter, "Posidippus on Stones. The First Section of the New Posidippus Papyrus (P. Mil. Vogl. VIII 309, Col. I-IV.6)", American Philological Association Panel on the New Epigrams of Posidippus, (Philadelphia 2001). Amerika Filologiya Assosiasiyasının illik toplantısındakı sıx dinləyici kütləsi olan müzakirə 2002-ci ilin aprelində Harvard Universitetinin Ellinistik Tədqiqatlar Mərkəzində Milan papirusuna həsr olunmuş seminar, eləcə də 2002-ci ilin noyabrında Milan, Florensiya və Sinsinnatidə keçirilən beynəlxalq konfranslar daxildir.
2007-ci ildə Harvard Universiteti Milan papirusunun, Posidippusun və ümumilikdə İsgəndəriyyə ədəbi epiqramının kəşf sayəsində elmi tədqiqatlar üçün yenidən canlandığını bildirmişdir.The first issue of Harvard University's on-line classics journal, "Classics@" was devoted to Posidippus and the papyrus; it was updated March 2007. (Center for Hellenic studies: Classics@ Issue 1 )
İstinadlar
Əlavə ədəbiyyat
Mətnlər və mənbələr
Posidippus A.-B. = Austin, C. – Bastianini, G. (edd.), Posidippi Pellaei quae supersunt omnia , LED Edizioni Universitarie, Milano, 2002, Bastianini, G. – Gallazzi, C. (edd.), Papiri dell’Università di Milano - Posidippo di Pella. Epigrammi, LED Edizioni Universitarie, Milano, 2001, G.-P., HE = Gow, A. S. F. – Page D. L., The Greek Anthology I: Hellenistic Epigrams, Cambridge 1965. Tzetzes, Chiliades L. = Leone, P. L. M. (ed.), Ioannis Tzetzae Historiae, Napoli 1968.
İkinci dərəcəli ədəbiyyat
Un Poeta Ritrovato. Posidippo di Pella. Giornata di studio - Milano 23 novembre 2001, LED Edizioni Universitarie, Milano, 2002,
Xarici keçidlər
New Epigrams Attributed to Posidippus of Pella at the Center for Hellenic Studies, Harvard University, including the Greek text of the poems and English translations Kateqoriya:Qədim yunan poemaları