Bisenti (neapol dilində: Bisìndë; latınca: Bisemptum və ya Biseptum) — İtaliyanın cənubunda, Abrutso regionunun Teramo əyalətində yerləşən şəhər və kommunadır.
Kilsə
Bisenti şəhərinin tarixi mərkəzindəki küçə və meydanlarda orta əsrlər kəndlərinə xas rəngarəng ab-havanı qoruyub saxlayan qədim şəhər mənzərəsi bu gün də görünür.
Vittorio Emanuele meydanından Santa Maria degli Anceli kilsəsinə baxmaq mümkündür. Kilsənin ərazisində möhtəşəm zəng qülləsi və kilsə iqamətgahı yerləşir. Rəvayətə görə, kilsə Fransiskan ordeni ilə bağlıdır. XV–XVI əsrlərdə Abrutsonun əsas bazilikalarından biri hesab edilirdi. Kilsənin təsvirinə Romadakı Müqəddəs Pyotr bazilikasının mozaik döşəməsinin bir küncündə də rast gəlmək mümkündür.
Əfsanə
Qədim bir rəvayətə görə, Ponti Pilat indiki Mərkəzi İtaliyada, Abrutso regionunun ərazisində yerləşən, samnitlərin yaşadığı Bisenti kəndində anadan olmuşdur.Burada «Pilatın evi» kimi tanınan qədim Roma evinin xarabalıqları mövcuddur. Ancelo Paratiko 2009-cu ildə Nyu-Yorkda nəşr olunmuş The Karma Killers kitabında Pilatın doğulduğu yer və onun hər Pasxa bayramında Lonqinlə görüşməsi haqqında bir fəsil yazmışdır.Angelo Paratico The Karma Killers New York 2009
Qalereya
İstinadlar