thumb|upright=1.2|Fitts qanunu: hədəfin eni E və hədəfə qədər olan məsafə M ilə işarə olunub Fitts qanunu — əsasən insan-kompüter qarşılıqlı əlaqəsi və erqonomikada istifadə olunan insan hərəkətlərinin proqnozlaşdırılması modeli. Bu qanuna görə, hədəf sahəsinə sürətlə çatmaq üçün tələb olunan vaxt hədəfə qədər olan məsafənin hədəfin eninə nisbətindən asılıdır. Fitts qanunu həm əllə və ya barmaqla obyektə fiziki toxunmaq, həm də göstərici qurğusu vasitəsilə kompüter monitorundakı obyektə işarə etmək kimi hərəkətləri modelləşdirmək üçün istifadə olunur. Bu qanun ilk dəfə Pol Fitts tərəfindən işlənib hazırlanmışdır.
Fitts qanununun müxtəlif şəraitlərdə tətbiq oluna bildiyi göstərilmişdir. Bu şəraitə müxtəlif bədən üzvləri (əllər, ayaqlar, alt dodaq, başa bərkidilmiş nişangahlar), manipulyasiya vasitələri (giriş qurğuları), fiziki mühitlər (o cümlədən sualtı mühit) və müxtəlif istifadəçi qrupları (gənclər, yaşlılar, xüsusi təhsil ehtiyacları olan şəxslər və narkotik maddələrin təsiri altında olan iştirakçılar) daxildir.
İstinadlar
Kateqoriya:Biomexanika Kateqoriya:İnsan və kompüter arasında qarşılıqlı əlaqə Kateqoriya:Hərəkətə nəzarət