Prussiyalı Kira Avqusta Viktoriya Frederika (; ) — Hohensollern şahzadəsi.

Həyatı 27 iyun 1943-cü ildə indiki Polşa ərazisində dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi vəliəhd Luiz Ferdinand, anası isə böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovnadır.

İkinci Dünya müharibəsinin ardından 1947-ci ildə Bremendə məskunlaşdılar. Burada dövlət gimnaziyasında təhsil aldı. Babası vəliəhd-şahzadə Vilhelmin 1951-ci ildə vəfatından sonra atası Hohensollern sülaləsinin ailə başçısı ünvanını aldı.

10 sentyabr 1973-cü ildə Tomas Frank Liyepsnerlə evləndi. Cütlüyün bu nigahdan bir qızı doğulsa da, 1984-cü ildə boşandılar.

Uzun xəstəliyin ardından 10 yanvar 2004-cü ildə Berlində vəfat etdi.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriKira-Marina Liyepsner22 yanvar 1977 - (49 yaşında)Andreas Feliks Paul von Bismark (7 may 2005) -

Mənbə

Ədəbiyyat

Genealogisches Handbuch des Adels, Fürstliche Häuser XIV. "Haus Preußen". C.A. Starke Verlag, 1991, pp. 123, 133-134, 145-146. (German). ISBN 978-3-7980-0843-4 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4

İstinadlar