Hacıbababəyov Qasım bəy Hacıbaba bəy oğlu () — Bakının mərkəzinin formalaşmasında böyük rol oynamış XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı memar.
Həyatı Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy kimi memar idi. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı kimi fəaliyyət göstərib. 1858–1859-cu illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlayıb. 1858-ci ildə Şamaxıda tikdiyi teatr binası Azərbaycanın ilk teatr binasıdır.
Müqəddəs Anna Ordeni ilə təltif edilib.
1868-ci ilədək Bakı şəhərinin memarı.
1860-cı ildə İçərişəhərin dəniz tərəfdən olan qala divarlarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov sahil zolağını nizamlayıb və orada II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar salınıb.
Parapet meydanını və 1868-ci ildə o ərazidə yerləşən karvansara binasını inşa edib.
1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı olmuşdur.
Fəaliyyəti left|thumb|2017-ci ildə buraxılmış Azərbaycan poçt markası Qasım bəy Hacıbababəyov əvvəl Şamaxının baş memarı idi. Zəlzələdən sonra Bakı quberniya mərkəzi olanda, o da Bakıya gəldi. Onun tikdiyi binalar: Parapet bağı (Fəvvarələr bağı) Nizami muzeyi (1860), karvansara kimi "Araz" k/t-nı kompleksi Sahil (1860–1861) Sisiyanov parkı (1860) Vorontsov küçəsi 1-də yaşayış binası, (1870) Əyrı (Krivaya) küçəsindəki yaşayış binaları, (1870)
Xatirəsi 2020-ci ildə Xəzər televiziyasında Qasım bəy Hacıbababəyov haqqında sənədli film çəkilib.
Həmçinin bax Zivər bəy Əhmədbəyov Məşədi Mirzə Qafar İsmayılov
İstinadlar
Xarici keçidlər Dosye — Qasım bəy Hacıbababəyov 22.08.2020 / Xəzər TV
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:XIX əsr memarları Kateqoriya:Hacıbababəyovlar Kateqoriya:Bakının baş memarları