Mikayıl Ələsgər oğlu Hüseynov (Useynov) () — Azərbaycan-sovet memarı və memarlıq tarixçisi, memarlıq doktoru (1950), professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985). Sosialist Əməyi Qəhrəmanı (1985), SSRİ xalq memarı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), "Stalin" mükafatı laureatı (1941), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı, Azərbaycan SSR Ali Sovetinin III, VI və XI çağırış deputatı.
Həyatı Mikayıl Ələsgər oğlu Hüseynov 19 aprel 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır.
1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990-cı illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir.
1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir. Eyni ildə M. Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu.
M. Hüseynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.
Yaradıcılığı Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1937–1939), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (1946), Nizami Kino Mərkəzi (1937–1939), Azərbaycan Politexnik İnstitutu (1931–1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası, 1938–1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir. Hüseynovun 1960–1980-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı ansamblının tikintisi əhəmiyyətli yer tutur.
İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya Cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində akademik M. Hüseynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Hüseynovu Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər.
Əsərləri
Moskva Azərbaycan pavilyonu (açılış – 1939; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
Gəncə Nizami Gəncəvinin heykəli (açılış – 1946; heykəltaraş: Fuad Əbdürrəhmanov, memarlar: Mikayıl Hüseynov, Sadıq Dadaşov)
Qazax Qazax Pedaqoji Texnikumu (layihə – 1933, tikinti – 1934–1936; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
Düşənbə Rudəkinin abidəsi (açılış – 1964; heykəltaraş: Fuad Əbdürrəhmanov, memar: Mikayıl Hüseynov)
Bakı Nizami kinoteatrı (layihə – 1935, tikinti – 1939, açılış – 1940; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Azərbaycan Dövlət Tibb İnstitutunun yataqxanası (layihə – 1934, tikinti – 1936–1938; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (layihə – 1935, tikinti – 1937–1939; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Azərbaycan Politexnik İnstitutu (layihə – 1935, tikinti – 1955; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (layihə – 1936, tikinti – 1937–1939; Mikayıl Hüseynov, Sadıq Dadaşov) "Bakı Soveti" işçiləri üçün yaşayış evi (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası) (layihə – 1937, tikinti – 1938–1941; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (layihə – 1940, tikinti – 1946; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Nizami Gəncəvinin heykəli (açılış – 1949; heykəltaraş: Fuad Əbdürrəhmanov, memarlar: Mikayıl Hüseynov, Sadıq Dadaşov) Alimlər evi (layihə – 1946, tikinti – 1950-ci illər; Mikayıl Hüseynov, Sadıq Dadaşov) "Buzovnaneft" tresti işçilərinin yaşayış binası (layihə – 1945, tikinti – 1952; Mikayıl Hüseynov, Sadıq Dadaşov)
300px|thumbnail|right|Mikayıl Hüseynov və Sadıq Dadaşov "Paris Kommunası" adına gəmiqayırma zavodu işçiləri üçün tikilmiş yaşayış binaları (1947–1950-ci illər; Mikayıl Hüseynov, Sadıq Dadaşov) "AzNeft" zavodlarının yaşayış binası (1945–1950-ci illər; Mikayıl Hüseynov, Sadıq Dadaşov) Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası (layihə – 1947–1948, tikinti – 1948–1960; Mikayıl Hüseynov) Azərbaycan SSR EA şəhərciyi kompleksi (layihə – 1948, tikinti – 1951–1966; Mikayıl Hüseynov) "Azad qadın" monumental heykəli (açılış – 1960; heykəltaraş: Fuad Əbdürrəhmanov, memar: Mikayıl Hüseynov) Səməd Vurğunun abidəsi (açılış – 1961; heykəltaraş: Fuad Əbdürrəhmanov, memar: Mikayıl Hüseynov) Azadlıq meydanı kompleksi (layihə – 1962, tikinti – 1960–1980-ci illər; Mikayıl Hüseynov, Nəimə Axundova və s.) İnturist — "Azərbaycan" mehmanxanası (layihə – 1964, tikinti – 1966–1975 illər, əsas korpusda tikintinin başa çatması – 1969; Mikayıl Hüseynov, Nəimə Axundova; sökülüb) "Abşeron" mehmanxanası (layihə – 1965, tikinti – 1968–1986 illər, istifadəyə verilib – 1985; Mikayıl Hüseynov, Nəimə Axundova; sökülüb) Nəriman Nərimanov metrostansiyası (açılış – 25 noyabr 1967-ci il; Mikayıl Hüseynov) 76-cı kvartalda mehmanxana tipli yaşayış evi — "Moskva" mehmanxanası ("ANBA" qonaq evi — 90-cı illərdəki adı) (layihə – 1965, tikinti – 1967–1978 illər; Mikayıl Hüseynov; sökülüb) Nizami metrostansiyası (açılış – 31 dekabr 1976-cı il; Mikayıl Hüseynov) Elmlər Akademiyası metrostansiyası (açılış – 31 dekabr 1985-ci il; Mikayıl Hüseynov) "Azadlıq" meydanının arxasındakı 10 mərtəbəli yaşayış binaları (1974–1982-ci illər; Mikayıl Hüseynov, Nəimə Axundova) Üzeyir Hacıbəyov küçəsinə çıxan 10 mərtəbəli yaşayış binaları (1974–1982-ci illər; Mikayıl Hüseynov, Nəimə Axundova)
Təltif və mükafatları Sosialist Əməyi Qəhrəmanı — 18 aprel 1985 "SSRİ xalq memarı" fəxri adı — 20 oktyabr 1970 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940 "Lenin" ordeni (3 dəfə) — 25 fevral 1946, 9 avqust 1958, 18 aprel 1985 "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə) — 16 sentyabr 1939, 6 noyabr 1951 "Stalin" mükafatı (2-ci dərəcə) — 1941 (Azərbaycan pavilyonunun memarlıq layihəsinə görə) SSRİ Nazirlər Sovetinin mükafatı — 1978
İstinadlar
Həmçinin bax Akademik Mikayıl Hüseynov mükafatı
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:XX əsr memarları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Memarlar İttifaqının sədrləri Kateqoriya:Memarlıq doktorları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri Kateqoriya:SSRİ memarları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları