İbrahimkənd — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi İbrahimkənd Şəki rayonunun Aşağı Küngüt inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim İbrahim (Şəxs a.) və kənd komponentlərindən düzəlib, "İbrahimə məxsus kənd" mənasındadır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi Kəndin əhalisi 690 nəfər təşkil edir ki, onun da 333 nəfəri kişi, 357 nəfəri isə qadındır.2. Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. - Bakı: "GÜNƏŞ" nəşriyyatı, 2011.. Əhali əsasən taxılçılıq, tütünçülük, baramaçılıq, tərəvəzçilik, heyvandarlıqla məşğuldur.
Mənbə Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. — Bakı: "GÜNƏŞ" nəşriyyatı, 2011.
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri